ADPU-nun Quba Filialında 2019/2020-ci ilin Payız semestrinin imtahan sessiyası başlayıb.

28.02.2019
ADPU-nun Quba Filialında 2019/2020-ci ilin Payız semestrinin imtahan sessiyası başlayıb.

Dekabrın 29-da ADPU-nun Quba filialında 2019/2020-ci ilin Payız semestrinin imtahan sessiyası başlayıb.

2019-2020-ci tədris ilinin Payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək üçün tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura  səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”  və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 may 2019-cu il  “İmtahan sessiyasının təşkili və keçirilməsi”  barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 dekabr 2019-cu il tarixli F-265 saylı əmrlərindən irəli gələn tələblərə uyğun olaraq keçirilir. Bu tələblərə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  filialında  imtahan sessiyasının başlanması ilə əlaqədar “2019/2020-ci tədris ilinin Payız semestrinin  imtahan sessiyasına hazırlıq barədə” 6 dekabr 2019-cu il tarixində daxili əmr verilib.


Filialda ilk dəfə olaraq bütün imtahanlar mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. İmtahanda 227 tələbə iştirak edib. İmtahan prosesinə başlamazdan əvvəl direktor dosent Yusif Alıyev imtahan rəhbərləri, zal nəzarətçiləri və tələbələrlə görüşüb təlimata uyğun məlumatlandırma söhbətləri aparıb. Onlara imtahanda təlimatın tələblərinə uyğun olaraq hərəkət etmələri tapşırılıb. Saat 10:00-da başlayan və 2 saat 15 dəqiqə çəkən imtahanda tələbələrin bilikləri qiymətləndirilmişdir. İmtahanlardan dərhal sonra imtahan vərəqləri yığılaraq ciddi nəzarət altında kodlaşdırılmaya təqdim edilmişdir. Məxfi qaydada kodlaşdırılan imtahan sualları çarpaz yoxlama vasitəsilə fənn müəllimlərinə təqdim edilmişdir. 10 qrupdan 7-nin imtahan nəticləri tam yoxlanılmış və ballar tələbələrə elan olunmuşdur.

  • Mənbə: ADPU-nun Quba filialı
  • Müəllif: Sərxan Ağası
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?