ADPU-nun Quba Filialında Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) münasibətilə tədbir keçirilib

ADPU-nun Quba Filialında Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) münasibətilə tədbir keçirilib

Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) münasibətilə tədbir keçirilib.

Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov, Quba regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin rəisi Həmid Məmmədov, filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, tələbə və müəllim kollektivi iştirak edib.

Tədbirdə çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov fürsətdən istifadə edib bütün ədliyyə işçilərini Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edib, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov, Quba regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin rəisi Həmid Məmmədov, filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin həm də çətin və mürəkkəb dövrü  haqqında, ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin respublikada təntənəli şəkildə qeyd olunması haqqında ətraflı söhbət açıblar.

    • Mənbə: ADPU Quba filialı

    • Cümə, 16 Noyabr 2018

  • Müəllif: Yusif Abayev

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?