ADPU-nun Quba Filialının əməkdaşları “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: adlı konfransda iştirak edib.

ADPU-nun Quba Filialının əməkdaşları “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: adlı konfransda iştirak edib.

ADPU-nun Quba Filialının əməkdaşları “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlarda dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfransda iştirak ediblər.

Noyabrın 17-də Bakı Pullman Otelində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlarda dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının 10-a yaxın əməkdaşı da iştirak edib.

Konfransda Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə və digərləri çıxış edərək imtahanların təşkili və idarə olunmasında ictimai iştirakçılıq, yeni qaydalar, DİM-in elektron xidmətləri, ali təhsilin müxtəlif səviyyələrinə qəbul imtahanları üçün ölçmə və qiymətləndirmə vasitələrinin hazırlanması və bu kimi digər mövzularda konfrans iştirakçılarına məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: ADPU Quba filialı

Şəmbə, 17 Noyabr 2018

Müəllif: Yusif Abayev

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?