Mayın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında görkəmli şair Ramiz Qusarçaylının 60 illik yubileyinə həsr edilən “Vətən qoxulu şeirlərin müəllifi” adlı tədbir keçirilib
Tədbirdə şair Ramiz Qusarçaylı, filialın direktoru, professor Əli Allahverdiyev, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, tələbə və müəllim kollektivi iştirak edib.
Tədbirdə çııxş edən filialın direktoru, professor Əli Allahverdiyev görkəmli şairin yaradıcılığından, şeirləri ilə özünə sağlığında heykəl ucalda bilməsindən, şairin yaradıcılığının şah əsəri olan möhtəşəm Azərbaycan Bayrağı şeiri ilə bütün ölkədə sevilməsindən ətraflı bəhs edib.
Daha sonra tədbirdə çıxış edən filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov şairin təkcə Qubalılar üçün deyil, bütün Azərbaycan üçün qürur mənbəyi olan yaradıcılığından ətraflı bəhs edib, onun həyatı haqqında tələbə-gənclərə məlumat verib, şeirlərini səsləndiriblər.
Daha sonra tədbirdə görkəmli şairin “Azərbaycan Bayrağına”, “Gedəsən dünyanın axırınacan”, “Məni bağışlama ürək”, “Qurudub göndərmə bənövşələri”, “Hardasan” və digər şeirləri filialın əməkdaşı Nəhayət Şirinova, tələbələr Ayşən Hüseynova, Xumar Şeydayeva, Həcər Seyidəhmədova və digərləri tərəfindən səsləndirilib.
Şair Ramiz Qusarçaylı tədbir iştirakçılarının çoxsaylı xahişlərini nəzərə alaraq şeirlər səsləndirib, iştirakçılara kitablarını hədiyyə edib, tələbə-gənclərin suallarına cavab verib.
Sonda şairə gül dəstələri təqdim olunub, xatirə şəkli çəkilib və ümumilikdə tədbir böyük maraqla qarşılanıb.
- Mənbə: ADPU Quba filialı
- Müəllif: Yusif Abayev