![ADPU-nun Quba filialında futbol turnirinə start verildi](https://adpuquba.edu.az/wp-content/uploads/2023/04/f-1024x461.jpg)
1 aprel 2023-cü il tarixindən ADPU-nun Quba filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında futbol yarışları başlamışdır. Yarışda 8 komandanın tərkibində 100 dən çox tələbə iştirak edir.
Yarış dairəvi sistemdə həyata keçirilir və tələbələrin hər biri oyundan öncə tibbi müayinə olunaraq oyunlarda iştirak edirlər.
Qeyd edək ki, yarışlar 11.04.-10.05.2023-cü il tarixləri arasında keçiriləcək.
![](https://adpuquba.edu.az/wp-content/uploads/2023/04/fd-300x225.jpg)
![](https://adpuquba.edu.az/wp-content/uploads/2023/04/fg-300x135.jpg)