ADPU Quba filialının tələbələrindən ibarət komanda intellektual turnirdə birinci yeri tutub

10.11.2022
ADPU Quba filialının tələbələrindən ibarət komanda intellektual turnirdə birinci yeri tutub
8 noyabr – Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirdə 6 komanda mübarizə aparıb. Yarışda 24 sual səsləndirilib. Yarışın sonunda Quba filialını təmsil edən “AQARTA” komandası birinci olub.
Qeyd edək ki, yarış Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Komandanın heyətində aşağıda adları göstərilən gənclər yarışıb:
Seyidəhmədov Hafiz
Hacıbalayev Məhəmməd
Şəfiyeva Emilya
Babayev Ələkbər
Daşdəmirov Ramin
İbrahimova Arzu
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Tələbələrimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?