Təlimə, filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlı rəhbərlik edib.
Fevralın 28-də “ZOOM” platforması üzərindən filialın Tələbə Elmi Cəmiyyətinin və Gənc Alimlər Birliyinin təşkilatçılığı ilə tələbələrin elmi fəaliyyətinin istiqamətləndirilməsi, elmi məqalələrin yazılması qaydalarına aid təlim keçirilib.
Çıxış edən filialın tərbiyə üzrə direktor müavini Aysel Şeydayeva iştirakçıları salamlayıb, professor Ramazan Qafarlıya iştirakına görə təşəkkür edib, rəhbərliyin tapşırığına əsasən belə öyrədici təlimlərin müntəzəm davam edəcəyini diqqətə çatdırıb.
Profeasor Ramazan Qafarlı da filialın direktoru dosent Yusif Alıyevin rəhbərliyi ilə ADPU-nun Quba filialında tələbə gənclərin şəxsiyyət kimi və elmi istiqamətlərdə inkişafları üçün yaradılmış hərtərəfli şəraiti, rəhbərliyin dəstəyini, diqqət və qayğısının önəminin əhəmiyyətini vurğulayıb, gənclərin inkişafı üçün özünün də bir ziyalı və alim kimi həmişə hazır olduğunu vurğulayıb. Bildirib ki, müxtəlif konfrans və elmi mətbuatda tələbələrin məqalələrinin dərc edilməsi üçün kömək etməyə də hazırdır.Daha sonra Tələbə Elmi Cəmiyyətinin konfranslarının keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib.Elmi məqalələrin yazılması qaydasını tələbələrə ətraflı izah edərək bildirib ki, əvvəlcə qarşıya qoyulmuş problem ətraflı araşdırılmalı, tədqiqat aparılmalı, elmi, internet və arxiv ədəbiyyatı seçilməli, mövzuya uyğun müqayisələr edilməlidir. Professor məqalələrdə həmçinin açar sözlərin, xülasənin, əsas mətn hissəsinin yazılması qaydasına aydınlıq gətirib, ədəbiyyatlara istinadlara münasibət bildirib.Qeyd edib ki, tələbələr üçün filial Kitabxanası tərəfindən hazırlanan elektron kitabxanadan istifadə etməklə gənclər pandemiya dövründə də mükəmməl şəkildə elmi biliklərə yiyələnə, araşdırma apara bilərlər.
Daha sonra filialın Tələbə Elmi Cəmiyyətinin sədri Azər Zahirov, sədr müavinləri Aygün Seyfullayeva, Aytac Babayeva, GAB sədr müavini Rəşidə Həsənzadə çıxış edərək qarşıda duran məqsəd və vəzifələrdən ətraflı bəhs edib , yaradılan şəraitdən istifadə etməklə etimadı doğruldacaqlarını, elmi istiqamətdə müxtəlif olimpiada və müsabiqələr, konfranslar keçirəcəklərini, məqalələr çap etdirəcəklərini bildiriblər.
Sonda mart ayı ərzində respublikada keçiriləcək konfranslara məqalələrin göndərilməsi üçün sosial şəbəkələr üzərindən müvafiq paylaşımlar edilib.