“Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı” yekunlaşdı.

22.04.2024
“Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı” yekunlaşdı.

Proqramda filialın Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev və şöbənin aparıcı mütəxəssisi Leyla Nurullayeva iştirak edərək sonda sertifikat aldılar.

Dövlət Məşğulluq Agentliyi nin Mərkəzi Karyera filialı tərəfindən keçirilən proqram ali və peşə təhsili müəssisələrində işləyən karyera məsləhətçiləri üçün nəzərdə tutulmuşdur.

62 nəfərlə başlanılan proqramda 40 nəfər karyera məsləhətçisi nəzəri və praktiki hissələri tamamlayaraq sertifikatlarını aldılar. 30 saat və 8 mövzunu əhatə edən proqram “Karyera ilə bağlı ilkin anlayışlar”, “Əmək bazarının imkanlarının təhlili”, “Karyera məqsədlərinin təyin olunması” kimi mövzuları əhatə etmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?