ADPU filialının müəllimi Sərxan Cəfərov Beynəlxalq elmi konfransda iştirak edib

ADPU filialının müəllimi Sərxan Cəfərov  Beynəlxalq elmi konfransda iştirak edib

ADPU Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Sərxan Şahismayıl oğlu Cəfərov 25 sentyabr 2020-ci ildə “ELGER” Beynəlxalq elm-tədris mərkəzinin təşkilatçılığı ilə Ərdahanda (Türkiyədə) Seyid Əzim Şirvaninin anadan olmasının 185 illik yubileyinə həsr olunmuş “Şəxsiyyət və cəmiyyət: qarşılıqlı əlaqə problemləri” adlı VII Beynəlxalq elmi konfransda “ FORMAL STUDY OF THE PARENTHETICAL CLAUSES IN ENGLISH” adlı məruzə ilə çıxış etmiş və beynəlxalq sertifkat qazanmışdır.

Həmçinin qeyd etmək istərdik ki bu Beynəlxalq Elmi konfransa ümumilikdə 6 ölkədən (Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avstraliya) 59 elm adamı məqalə göndərmiş, bunlardan 43 məqalə elmi heyətdəki hakim rəyləri əsasında qəbul edilərək konfrans materialları kitabında nəşr edilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?