Quba filialında akademik Azad Nəbiyev ailə üzvləri ilə görüş keçirilib

13.09.2022
Quba filialında akademik Azad Nəbiyev ailə üzvləri ilə görüş keçirilib
ADPU-nun Quba filialında akademik Azad Nəbiyev adına “Bilgə ocağı”nda akademikin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə filialın direktoru dosent Yusif Alıyev, akademik Azad Nəbiyevin həyat yoldaşı, pedaqoq, filoloq Narıngül Nəbiyeva, qızı filologiya üzrə elmlər doktoru, professor Ülkər Nəbiyeva, nəvəsi Bakı Mühəndislik Universitetinin II tədris ili tələbəsi İskəndər Əzizov, filialın müəllim və əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, bugünkü görüş çoxdan arzulanan idi. Çünki filialın kollektivi olaraq çalışırıq ki, görkəmli professorun ailə üzvlərindən onun haqqında daha dəqiq və hərtərəfli məlumat almaqla Azərbaycanımıza öz dəyərli töhfələrini vermiş AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevi gənc nəslə daha dərindən tanıdaq. Dosent Yusif Alıyev daha sonra çıxışında vurğulayıb ki, 21 oktyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında Akademik Azad Nəbiyev adına “Bilgə ocağı” fəaliyyətə başlayıb. “Bilgə ocağı” filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə ərsəyə gəlmisdir. Bu missiyanı həyata kecirməklə və bu elm ocağının adının məhz “Bilgə ocağı” adlandırılmaqla filialın direktoru olaraq özümün və filial kollektivinin Quba və qubalılara olan sevgisini tərənnüm etməyə çalışmışıq. Daha sonra dosent Yusif Alıyev Qubanın tarixən təfəkkür mərkəzi olduğunu, qubalı tarixi şəxsiyyətlərin, elm xadimlərinin (görkəmli dövlət xadimi və sərkərdə Fətəlixan, Azərbaycanın ilk dramaturq qadını Səkinəxanım Axundzadə, professor Kübra Fərəcova, məşhur astronom Nadir İbrahimov, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövlət mükafatı lauriatı Əliheydər Orucov, tibb elmləri doktorları Mustafa Əfəndizadə, Leyla Məmmədbəyova, akademik Azad Nəbiyev, professorlar Maqsud Hacıyev, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə və s.) fəaliyyətini öyrənməyin ziyalılar üçün vacibliyini diqqətə çatdırıb. Yusif Aliyev bildirib ki, Qubamızın dəyərli ziyalısı, görkəmli alim, akademik Azad Nəbiyevin xatirəsini əbədiləşdirmək və görkəmli alimin həyat yolunu isiqlandirmaqda məqsəd gənc tədqiqatçılara, tələbələrə bir fürsət yaratmaqdır. Filialda Bilgə ocağı acildığı gündən bir cox maarifləndirici görüşlər, seminarlar keçirilmişdir. Görüşün təşkilatçılığında göstərdikləri zəhmətə görə filialın əməkdaşlarına təşəkkür edib, tədbir iştirakçılarını qonaqlara təqdim edib.
Daha sonra tədbirdə çıxış edən akademikin həyat yoldaşı Narıngül Nəbiyeva filialın direktoru dosent Y.Alıyevə öz səmimi təşəkkürünü ifadə edib, bir ziyalı kimi onun haqqında ətraflı məlumat öyrəndiyini, onu ziyalı insan kimi təsəvvür etdiyini qeyd edib, böyük məmnunluqla bu görüşlərin davamlı olacağını arzu edib, Bilgə ocağına Azad Nəbiyevin ev muzeyindən də şəxsi əlyazmalarından hədiyyələr ediləcəyini bildirib. Qeyd edib ki, bir zamanlar professor Azad Nəbiyev filialda Elmi şuranın üzvü, Dövlət imtahan komissiyasının sədri olub. Onunla birlikdə filialda olduğu üçün, hazırda görülən işlərin, inkişafın necə aparıldığının bilavasitə şahidi kimi rəhbərliyə, şəxsən direktora zəhmətini yüksək dəyərləndidiyini bildirib.
Sonra tədbirdə qızı filologiya üzrə elmlər doktoru Ülkər Nəbiyeva çıxış edib, görkəmli alimin bir neçə kitabını filialın kitabxana fonduna hədiyyə edib, “Bilgə ocağı”nda Azad Nəbiyevin dərslik və kitablarının olmasından qürurlandığını diqqətə çatdıraraq dosent Y.Alıyevə təşəkkür edib və Quba filialının professor Azad Nəbiyevin adının, əziz xatirəsinin əbədiləşdirilməsi fonunda görülən işlərdən məmnunluğunu ifadə etmişdir.
Daha sonra tədbirdə filialın ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Eyvaz Şeydayev, Rahib Sədullayev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elbrus Əhmədov, filialın əməkdaşı, AYB üzvü Nəhayət Şirinova çıxış ediblər. Onlar əvvəlcə görüşün təşkil edilməsinə görə, belə bir əvəzsiz təşəbbüsə görə şəxsən direktora təşəkkür elan ediblər, sonra vurğulayıblar ki, akademik Azad Nəbiyev görkəmli alim və tələbələrin sevimli müəllimi olmuşdur. Akademik “Koroğlu” dastanı mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir. 1980-cı ildə “Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İtalyan (“Bertoltonun sərgüzəştləri”) və özbək (“Tülkü və qurd”) xalq nağıllarından tərcümələr etmişdir. “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir. 1977-ci ildə “Azərbaycan dastanları”, 1986-cı ildə “Nəğmələr, inanclar, alqışlar, adətlər”,1992-ci ildə “Alqışlar, adətlər, nəğmələr”, 2021-ci ildə “Koroğlu dastanı” kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.
Sonda xatirə şəkli çəkdirilib, filialda görülən işlərlə tanışlıq olub
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?