ADPU-nun Quba filialında elmi konfrans keçirilib

ADPU-nun Quba filialında elmi konfrans keçirilib

22 may 2023-cü il tarixində Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Məhkəməsinin, Quba Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon Şöbəsinin, Quba Rayon Polis Şöbəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində

“Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və hüquq islahatlarının aparılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi konfrans keçirilib

Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri,Özbəkistan Silk Road Research Academy başkanı, filologiya elmləri doktoru, professor Azamat Akbarov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, təşkilatçı qurumların, ictimai təşkilarların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak etmişdir. Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş futbol çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib, qalibləri Quba RİH Başçısı Ziyəddin Əliyev kubok və medallarla təltif edib.Daha sonra ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, dosent Yusif Alıyevin moderatorluğu ilə konfrans açıq elan edilib. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Ulu öndər Heydər Əliyevə həsr edilmiş video film nümayiş etdirilib.

Konfransın rəsmi hissəsində Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev geniş məruzə nitqi ilə çıxış edib, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra Quba rayon Prokuroru Namiq Muradov“Azərbaycanda dövlət quruculuğu istiqamətində hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyev amili”, Quba rayon Məhkəməsinin sədri Samir Məmmədov

“Heydər Əliyev və Azərbaycanda məhkəmə və ədliyyə sisteminin inkişafında yeni mərhələ”, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon Şöbəsinin rəisi Elcan Süleymanov

“Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşmasında Heydər Əliyevin rolu”, Özbəkistan Silk Road Research Academy başkanı, filologiya elmləri doktoru, professor Azamat Akbarov

“Ulu öndər Heydər Əliyev və Özbəkistan: Beynəlxalq perspektivdən baxış” mövzularında çıxış ediblər.

Tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə “Elegiya” ADPU-nun Quba filialının I tədris ili tələbə Zemfira Davrişova, “Sən elə bir zirvəsən” ADPU-nun Quba filialının Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələri , “Azərbaycan” ADPU-nun Quba filialının III tədris ili tələbəsi Səma Asəfova, “Vals” Quba Uşaq İncəsənət Məktəbinin Skripkaçalanlar ansamblı, Azərbaycan xalq mahnısı “Sarı gəlin” ADPU-nun Quba filialının Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələrinin ifasında təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?