ADPU-nun Quba filialında Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı f.f.d. Samir Səmədovun elmi seminarı keçirilib

04.11.2022
ADPU-nun Quba filialında Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı f.f.d. Samir Səmədovun elmi seminarı keçirilib
2 noyabr 2022-ci il tarixində ADPU-nun Quba filialının böyük zalında “Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə Azərbaycan elmi mərkəzləri arasındakı inkişafın gələcək perspektivləri” mövzusunda keçirilən seminarda qonağı giriş sözü ilə salamlayan filialın direktoru dosent Yusif Alıyev Samir Səmədova dəvəti qəbul etdiyi üçün təşəkkür edib, vurğulayıb ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu dünyanın tanınmış elmi mərkəzlərindən biridir. Azərbaycan Universitetləri ilə beynəlxalq səviyyədə əməkdaşlıq edən tədqiqat ocağıdır. Düşünürəm ki, ona görə də biz bu gün filialımız üçün çox böyük uğurun işığına toplaşmışıq. Bu gün dünyanın ən böyük tədqiqat ocağı olan Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə elmi əməkdaşlığımız fizika və təbiət elmləri sahəsində elmi kadrların hazırlanması işinə mühüm töhfə olacaqdır.
 Seminarın məruzəçisi, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Samir Səmədov da öz çıxışında qeyd edib ki, Beynəlxalq hökümətlərarası elmi tədqiqat təşkilatı olan Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında, Dubna şəhərində yerləşir. 1956-cı il martın 26-da əsası qoyulmuş BNTİ-da nəzəri və eksperimental tədqiqatların əsas istiqamətlərini elementar zərrəciklər fizikası və nüvə fizikası təşkil edir.
7 laboratoriyanın fəaliyyət göstərdiyi BNTİ-nun ştatında təxminən 5000 insan çalışır. Onlardan 1200-dən çoxu elmi işçi, təxminən 2000-i mühəndis-texniki personaldan ibarətdir.
Daha sonra mövzu ətrafında qarşıda duran yeni perspektivlər, yeni layihələr, tələbə mobilliyi haqqında ətraflı məlumat verib.
Seminarda filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbə kollektivinin sualları cavablandırılıb, f.f.d. Samir Səmədiv filial rəhbərliyi tərəfindən Fəxri diploma layiq görülüb, xatirə şəkli çəkdirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?