ADPU-nun Quba filialında voleybol turniri keçirilib

12.06.2023
ADPU-nun Quba filialında voleybol turniri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsində qalib olmuş Nurlan Əliyevin “Sağlam gənclik, Sağlam gələcək!” layihəsi çərçivəsində tələbə qızlar arasında voleybol turniri keçirilib.

Açılış mərasimində layihə rəhbəri gənclərə layihənin əsas məqsədlərindən bəhs edib və uğurlar arzulayıb.

Komandalar püşkatma üsulu ilə formalaşıb. Turnirin sonunda ilk 3 yeri tutmuş komandalar diplom, medal və kubokla təltif olunub .

Voleybol turniri Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tərəfdaşlığı ilə keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?