ADPU-nun Quba filialında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

07.03.2022
ADPU-nun Quba filialında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib
Bu gün ADPU Quba filialında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri filialın TGT-nın Tədbirlərin təşkili departamentinin sədri Aytac Səlimova açıq elan edib, “Qəhrəmanlar anası Azərbaycan qadını” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə ADPU Quba filialının direktoru dosent Yusif Alıyev çıxış edərək filialın xanım əməkdaşlarının və tələbə xanımların timsalında bütün Azərbaycan qadınlarını təbrik edib.
Direktor dilimizdə “xanım” sözünün daşıdığı məna və etimologiyası, Beynəlxalq Qadınlar Gününün mənşəyi, Azərbaycan tarixində mühüm rol oynayan qadınlar barədə məlumat verib. Həmçinin filialda adlı təqaüdlərdən birinin Kübra Fərəcovanın adını daşıması, Badisəba Köçərli, bu şəxslərin fəaliyyəti barədə danışılıb. Ümumilikdə ölkəmizin qəhrəmanlıq tarixinin xanım simaları, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyeva barədə fikirlər söyləyib. Onların fəaliyyətinə nəzər salınıb.Filialda çalışan bütün xanımlara xoş günlər arzulayıb, bayram münasibətilə filialın xanım əməkdaşlarına mükafat təsis edib, onların sevincinə sevinc qatıb.
Dosent Y.Alıyev həm də qeyd edib ki, filial üçün bu gün olduqca qürurverici bir gündür. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi münasibətilə Moldovanın Tiraspol Dövlət Universitetinin Senatının qərarı ilə “Tiraspol Dövlət Universiteti” qızıl medalı ilə təltif olunub. Direktor medalı kollektivə təqdim edib və təbrik mesajını səsləndirib.
Daha sonra filialın bir neçə xanım əməkdaşı: Gülçin Xantəmirova, Vəfa Bayramova, Şəlalə Xəliova, İlhamə Qurbanova, Xavər Aslanova, Bəturə İskəndərova, Nəzakət Kazımova, Aybəniz Sultanova, Gülnar Məmmədova, Zəminə Qayıbxanova, Lalə Beydullayeva, Zümrüd Əlikişiyeva filialdakı səmərəli əmək və ictimai fəaliyyətlərinə, həmçinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Diplomla tətif olunublar.
Tədbir filialın tələbələri Aytac Səlimova, Səma Asəfova, Nurtac Eldarova, Leyla Məmmədova, Rəşidə Həsənovanın çıxışları ilə davam edib.
Sonda xatirə şəkli çəkdirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?