ADPU-nun Quba filialında 2020-ci təqvim ili üçün online qaydada elmi tədqiqat işlərinin müzakirəsi keçirilib

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərovun və kafedranın müəllimi Aynur Həsənovanın 2020-ci təqvim ili üçün elmi tədqiqat işlərinin müzakirəsi keçirilib

Mövcud koronovirus pandemiyası şəraiti ilə əlaqədar olaraq filialda kafedranın qabaqcıl müəllimlərinin 2020-ci təqvim ili üçün yazılması və təqdimatı nəzərdə tutulan elmi işlərinin müzakirəsini Microsoft TEAMS platforması üzərindən onlayn təşkil etməklə daha bir yeniliyə imza atılıb.

Belə ki, 18 noyabr 2020-ci il tarixində kafedra müdiri dosent Gülşən Ağabəyin də iştirakı ilə kafedranın baş müəllim Sərxan Cəfərovun və müəllim Aynur Həsənovanın elmi işlərinin müzakirəsi baş tutub.

Microsoft TEAMS platforması üzərindən keçirilən və Xəzər Universitetinin “İngilis dili və ədəbiyyatı departamenti”nin “German dilləri” ixtisası üzrə dissertantı, kafedranın ingilis dili müəllimi Sərxan Cəfərovun ” İngilis dilində ara cümlələrin intonasiya xüsusiyyətləri” adlı elmi tədqiqat işinin və kafedranın ingilis dili müəllimi Aynur Həsənovanın “İngilis dilində feil.İngilis dilində feilin zaman formalarının müqayisəli təhlili” mövzusunda elmi tədqiqat işlərinin müzakirəsində kafedra müdiri dosent Gülşən Ağabəy, İKT şöbəsinin müdiri Yusif Abayev, kafedranın baş müəllimləri və həmçinin də rəyçilər dosent Aynur Fərmanova, Rahib Alpanlı, laborant Nuray Dadaşova iştirak ediblər.

Müzakirədə çıxış edən dosent Gülşən Ağabəy bildirib ki, təqdim olunan elmi tədqiqat işlərinin nəticələrinin gələcəkdə elmi və dövrü mətbuatda işıqlandırılması məqsədəuyğundur. Gənc alimlərin yetişdirilməsi, təcrübə mübadiləsinin artırılması, kafedra əməkdaşlarının Azərbaycan elminə töhfə verəcək elmi tədqiqat işlərinə imza atması hər zaman rəhbərliyin və bizlərin diqqət mərkəzində olmuşdur. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ruhdan düşməməyi, əksinə daha çox elmi yaradıcılığa köklənməyi arzu edirəm.

Sonda rəyçilərin də fikri dinlənilmiş və növbəti müzakirələrdə daha çox alimlərin iştirakı nəzərdə tutulmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir