ADPU-nun Quba filialında 2021/2022-ci ilin Payız imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinə başlanıb

14.01.2022
ADPU-nun Quba filialında 2021/2022-ci ilin Payız imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinə başlanıb
Yanvar ayının 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında payız imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü keçirilib. İmtahanlara valideynlər və ictimaiyyət nümayəndələrinin yerində onlayn baxışı təmin edilib. “Açıq qapı” günlərinin yanvar ayının 31-dək hər həftənin cümə axşamı keçirilməsi nəzərdə tutulub.
“ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan görüşdə filialın direktoru dosent Yusif Alıyev çıxış edərək, valideyn və tələbələrə müraciət edib,bildirib ki,”artıq 2021/2022 -ci ilin payız imtahan sessiyası filialımızda başlamışdır və uğurla həyata keçirilir. Öncəliklə bu işin təşkili Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, hörmətli Cəfər müəllimin imzaladığı və eyni zamanda Təhsil Nazirliyinin imtahan prosesi ilə bağlı verdiyi əmrə uyğun olaraq tənzimlənir. İmtahanların şəffaf və ədalətli formada təşkil olunması üçün İmtahan Qərargahı yaradılıb. Tələbələrin imtahan gedişində yaranmış olan və aldıqları qiymətlərdən narazı olduqları təqdirdə Apellyasiya komissiyasına müraciət edə bilərlər.”
Direktor həmçinin imtahana qədər görülən işlər, imtahan prosesinin təşkili məsələlərinə aydınlıq gətirib, qeyd edib ki, “Açıq qapı” günlərinin təşkili, imtahan prosesinin şəffaflığını nümayiş etdirmək, universitet və valideyn arasındakı körpünü möhkəmləndirmək məqsədi daşıyır. Sözünə davam edərək bildirib ki, valideynlərə övladlarının təhsili barədə mütəmadi məlumatların verilməsi filialın fəaliyyətində əsas prioritetlərindəndir. Bununla yanaşı, filialda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, tələbələrin elmi-tədqiqata cəlbi istiqamətində görülən işlər və s. barədə məlumat verib. Valideynlərə tələbə-müəllim münasibətlərindən danışıb.
Daha sonra imtahanların açıq şəkildə nümayiş etdirilməsi məqsədilə ayrı-ayrı qruplardakı imtahan prosesi onlayn şəkildə müşahidə olunub. Onlayn müşahidə prosesində filialın İnternet laboratoriyası otağından İmtahan qərargahının, həmçinin “ZOOM” platforması üzərində yaradılan imtahan zallarındakı həmin saatda baş tutan imtahan prosesləri və qiymətləndirmə canlı izlənilib, valideynlər bu prosesdəki obyektivliyə görə filialın direktoru dosent Yusif Alıyevə təşəkkürlərini ifadə edib, övladlarının belə bir ali təhsil ocağında təhsil aldıqları üçün qürur duyduqlarını bildiriblər.
Daha sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini,,İmtahan qərargahının sədri t f.d. İsmayıl Mahmudov, Pedaqoji fakültənin dekanı f.f.d.Qələmşah İdrisov çıxış edib imtahana qədərki tədrisin vəziyyəti, imtahan prosesi, tələbə məmnunluğunun artırılması, həssas qrupa daxil olan tələbələrlə bağlı filial rəhbərliyi tərəfindən verilən qərarlar və bu kimi məsələlərlə bağlı çıxış ediblər.
“Açıq qapı” günü valideynlərin təklif və problemlərinin dinlənilməsi, sualların cavablandırılması, direktor və valideynlər arasındakı diskussiya şəraitində davam edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında cari imtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10 dekabr 2021-ci il tarixli F-570 saylı əmri əsasında həyata keçirilir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?