ADPU-nun Quba filialında 14 Fevral Dünya Kitab Bağışlama Günü ilə əlaqədar onlayn tədbir keçirilib

ADPU-nun Quba filialında 14 Fevral Dünya Kitab Bağışlama Günü ilə əlaqədar onlayn tədbir keçirilib

Fevral ayının 12-də ADPU-nun Quba filialında 14 Fevral Dünya Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, filialın professor, müəllim və tələbə heyəti iştirak edib.Tədbir həm də filialda XƏMSƏ Kitab Klubunun fəaliyyətinin də başlanılması ilə yadda qalıb.Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev günün mahiyyəti ətrafında çıxış etmiş, tələbə gənclərlə bağlı gözləntilərini, səmimi fikirlərini, onlardan təhsil və özünü inkişaf istiqamətində düşündüklərini diqqətə çatdırıb, qarşıya qoyulan məqsədlərin aliliyindən bəhs edib.
Tədbirdə  filialın direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Alpanlı da çıxış edib, daha sonra TGT sədr müavini Nicat Piriyev tarda Bayatı Şiraz ifa edib, İctimaiyyətlə əlaqələr departamentinin sədri Səma Asəfova dahi Nizami Gəncəvinin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi..”qəzəlini səsləndirib.
Daha sonra tədbirdə TGT sədr müavinləri Şəhla Qafarova, Nicat Piriyev, XƏMSƏ Kitab Klubun sədri Sürahi Mehtiyeva çıxış edərək fəaliyyətləri haqqında məlumat verib, dahi Azərbaycan şairlərinin, yazıçılarının, dünya ədəbiyyatının öyrənilməsi üçün sistemli çalışmalarından bəhs ediblər.
Tədbirdə Nizami Gəncəvinin və Xaqani Şirvaninin yazdıqları əsərlər ətrafında söhbətləri də  canlandlrılaraq  filialın istedadlı və fəal tələbələri Seymur Babayev,  Xəyal Əhmədov tərəfindən tədbir iştirakçılarına təqdim edilib.
Ema Rzayeva, Lalə Cabbarova, ART Klubun sədr müavini Seyidova Hicran və digərləri həm çıxış etmiş, həm də Nizami Gəncəvi qəzəllərinə əsərlərinə həsr etdikləri videoçarxlar nümayiş edilmişdir.Belə ki, videoçarxları GAB sədr müavini Rəşidə Həsənova, Nazənin Nəsirova, YAP QŞ idarə heyətinin rəhbəri Nərmin Orucova, Texniki tərtibat departamentinin sədri Nurtac Eldar, fəal tələbələr, klub və ixtisas sədrləri Məhəmməd Hacıbabayev, Aytac Ağazadə, Səma Rəhimova, Səbinə Hacıbəyova hazırlamışlar.
Tədbirin sonunda filialın direktoru dosent Yusif Alıyevə tələbələr tərəfindən Viktor Hüqonun “Paris Notr Dam Kilsəsi” əsərinin pdf variantı hədiyyə edilib.

Viktor Hüqonun  – Paris Notr Dam Kilsəsi pdf

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?