ADPU-nun Quba Filialında 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Yusif Alıyev hamını salamlayıb, bildirib ki, kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz əsərlərdir. Kitablar haqqında məşhur filosofların fikirlərini diqqətə çatdırıb, qeyd edib ki, filosoflar səbəbsiz yerə bildirməyiblər ki, “İdmanın bədənə göstərdiyi təsiri, kitablar beyinə göstərir”, “Yaxşı kitab çox qiymətli xəzinədir”, “Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdir”.Tələbə gəncləri oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib.Filial kitabxanasında onlar üçün yaradılan şəraitdən, qarşıya qoyulan məqsədlərdən, oxuduğu kitabların təsirindən, günümüzdə kitab oxumanın əhəmiyyətindən, hətta kitabın, biliyin düşmən üzərində qələbə üçün də vacib əhəmiyyətindən danışıb, müxtəıif dünya şöhrətli yazıçıların əsərlərindən bəzi məqamlarl diqqətə çatdırıb.Dekabr ayında filialın kitabxana fondunun zənginləşdirilməsinin, online oxunun təşkili üçün fiber-optik internet şəbəkəsinə bağlı kompüterlərin filial kitabxanasında istifadəyə verilməsinin, AMEA-nın Mərkəzi Kitabxanası və ADPU Quba filialı arasında memorandumun imzalanmasının, filialda Kitab klubunun,akademik Azad Nəbiyev adına “Bilgə ocağı”nın yaradılmasının bir əsas məqsədi olduğunu qeyd edib:Azərbaycan gəncinin savadlı, bilikli və məlumatlı olması.
Daha sonra tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının professoru İsmayıl Kazımov,Pedaqoji fakültə dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, TEC sədr müavini Azər Zahirov çıxış edərək bu günün qeyd edilməsinin tələbə gənclərdə kitab oxumağa yaradacağı marağı artıracağını, filial tarixində ilk dəfə belə tədbirin qeyd edildiyini, özünüinkişafın kitablardan əldə etdiyimiz biliklərdən daha çox asılı olduğunu bildiriblər.
Sonda bir qrup tələbə gəncə kitablar hədiyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir