“Böyük ömrün səlnaməsi”

11.12.2021
“Böyük ömrün səlnaməsi”

Dekabrın 10-da ADPU-nun Quba filialında Ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar “Böyük ömrün səlnaməsi” adlı elmi-praktik tədbir keçirilib. Tədbir Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin təşkilatçılığı filialın Heydər Əliyev lektoriyasının və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə həyata keçirilib. Filialın TGT sədr müavini Nicat Piriyevin və YAP GB sədri Nərmin Orucovanın moderatorluğu ilə keçən tədbirdə əvvəlcə filialın direktoru dosent Yusif Alıyev “Heydər Əliyev siyasi fəlsəfəsinin tarixi kökləri” mövzusunda məruzə ilə çıxış edib. Dosent Y.Alıyev qeyd edib ki, 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu sevgi və ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri Xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Biz də filial kollektivi olaraq tədbirdən əvvəl Ulu Öndərin Quba şəhərində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuşuq.
Daha sonra dos.Y.Alıyev bildirib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Bu səbəbdən də Azərbaycan xalqı və tarix bu böyük şəxsiyyəti unutmur. Biz də bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Ulu öndərin anım günü ərəfəsində böyük şəxsiyyətin xalqına həsr etdiyi həyatına, faəliyyətinə bir daha nəzər salacağıq.
Daha sonra tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Rahib Sədullayev “Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi – müstəqil Azərbaycan” mövzusunda, filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini A.Şeydayeva “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzularında çıxış edib, filialın TGT-nın İctimaiyyətlə əlaqələr departamentinin sədri, II tədris ili tələbəsi Səma Asəfovanın təqdimatında “Ulu Öndər” TGT-nın Vətənpərvərlik klubunun sədri Cəvahir Qocayevanın təqdimatında “Şərəfli ömür” şeirləri dinlənilib.
Tədbirdə həmçinin filialın I tədris ili tələbələrinin təqdimatında Ulu Öndərin qiymətli kəlamları əsasında maraqlı kopazisiya səsləndirilib. Həmçinin Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar da nümayiş olunub.
Ulu Öndərin ölməz ruhuna Allahdan rəhmət dilənib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?