AD GÜNÜNÜZ MÜBARƏK HÖRMƏTLİ YUSİF MÜƏLLİM!

08.04.2023
AD GÜNÜNÜZ MÜBARƏK HÖRMƏTLİ YUSİF MÜƏLLİM!

ADPU-nun Quba filialının kollektivi filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyevi doğum günü münasibətilə təbrik edib

Qeyd edək ki, Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olmuşdur.

Bu münasibətlə hörmətli direktorumuz fizika elmləri doktoru dosent Yusif Alıyevi filialın bütün əməkdaşları, professor, müəllim və tələbə kollektivi səmimqəlbdən təbrik edib, ona uzun ömür, cansağlığı arzu ediblər.

Keçirilən tədbirdə çıxış edən bütün kollektiv üzvləri öz səmimi arzularını dilə gətirib, yüksək və ədalətli idarəetməyə görə Yusif Alıyevə təşəkkür və dua ediblər.

Tədbirdə filial kollektivi adından direktorun adına toxunan simvolik xalça və təzə güllər hədiyyə edilib.

Qeyd edək ki, Yusif Alıyev 1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavraturasını, 2002-ci ildə həmin universitetinin Fizika fakültəsinin magistraturasını “Optoelektronika” ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-2013-cü illərdə AMEA Fizika İnstitutunun mətbuat xidmətinin rəhbəri olmuşdur. 2002–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərmişdir.

14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri, 15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri və baş mütəxəssis vəzifələrində işləmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub. 20 fevral 2017-ci ildən 10 sentyabr 2017-ci ilədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) təyin edilmişdir. 15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 03 oktyabr 2017-ci il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə ADPU-nun Quba filialının direktoru Yusif Alıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1536 li 29.12.2021 -ci il tarixli əmri ilə təltif edilib.

Öz taleyini Azərbaycan elminin inkişafı ilə bağlayan Yusif İmrayıl oğlu Alıyev — Azərbaycan alimi, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi fizika üzrə fəlsəfə doktoru, dosent, fizika elmlər doktoru 2019-cu ilin avqust ayının 26-dan isə ADPU-nun Quba filialının direktorudur. 100-dən çox elmi məqalə (32 məqalə SCI, Q1 jurnallarda) və tezisin, ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, liseylər üçün 5 metodik vəsaitin müəllifidir.

ADPU-nun rektoru professor Cəfər Cəfərovun təqdimatı, Təhsil nazirinin əmri ilə filiala 2019-cu ildə direktor təyin edilən dosent Yusif Alıyev öz əməli fəaliyyəti ilə işini, rəhbər kimi isə idarəetməni peşəkarcasına həyata keçirə bilib. Y. Alıyev həm də filiala direktor təyin olunduğu gündən bu yana irəli sürdüyü ideya və təşəbbüslərlə, həyata keçirdiyi yeniliklərlə bütün kollektivin-tələbə və əməkdaşların yüksək hörmətini qazanıb. Yusif Alıyev filialın tarixi, bu günü üçün sarsılmaz bir fəaliyyətlə, əzmlə çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 oğlu var.

Biz də kollektiv üzvləri olaraq direktorun yorulmaz əməli və elmi fəaliyyətində ona bir daha uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik.Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. (Volter)

Ən böyük arzumuz da elə odur ki, Yusif Alıyev kimi alimin, ziyalının elminin, ağlının layiq olduğu dəyəri görə bilək, qiymətləndirməyi bacaraq.

“Elm adamlarının arzuları həmişə əlindəki imkanlarından böyük olur. Elə ən böyük çətinliklər də bu arzuların yerinə yetirilməsi ilə bağlı olur. Lakin artıq dünya o qədər kürəsəlləşib ki, arzuların həyata keçməsi də asanlaşıb. Belə ki, indi hansısa bir alim internetdən axtarış versə tədqiqat apardığı sahə üzrə dünyaca məşhur onlarca tədqiqatçı tapa bilər. Beləliklə, bir vaxtlar cihaz və qurğuların əldə edilməsində çətinlik çəkdiyimizdən bir çox ölçmələrdə rastlaşdığımız subyektiv baryerlər indi aşılmış olur və sənə bu sahədə dəstək olmağa hazır olan insanlar tapılır. Çünki o insanlara da sənin tədqiq etdiyin sahə maraqlı gəlir, yəni onlar da öyrənirlər.”

F.e.d., dos.Yusif İmrayıl oğlu Alıyev

Ad gününüz mübarək hörmətli Yusif müəllim!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?