ADPU Quba filialında Pedaqoji fakültəyə 2013-2014-cü tədris ilindən rəhbərlik edirəm.
Hal hazırda fakültədə 3 kafedra fəaliyyət göstərir.Bunlar “Ədəbiyyat və dillər”, “Təbiət elmləri və onun tədrisi metodikası” kafedrası və “Pedaqoji və ictimai fənlər” kafedralarıdır.
2020-2021-ci tədris ilində Pedaqoji fakültədə 6 ixtisas üzrə tədris onlayn şəkildə həyata keçirilir.
1. “Azərbaycan dili ədəbiyyat müəllimliyi” ixtisası üzrə 157 tələbə;
2. “Tarix coğrafiya müəllimliyi” üzrə (5illik) 179 tələbə;
3. “Riyaziyyat informatika müəllimliyi” ixtisası üzrə 147 nəfər;
4. “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə 105 nəfər;
5. “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 170 nəfər;
6. “Məktəbəqədər təlim tərbiyə” ixtisası üzrə isə 87 nəfər tələbə təhsil alır.
Ənənəvi tədrisdən fərqli olaraq onlayn dərslərin keçirilməsi bir çox çətinliklər törədir.
Dərslər “Microsoft Teams” platforması üzərindən həyata keçirilsə də, ənənəvi tədrisin imkanlarından xeyli aşağıdır. Doğrudur müəllimlərimiz filialda yaradılan “Microsoft Teams” kurslarında müəyyən təcrübə qazanıblar.Ancaq bu birtərəfli qaydada həyata keçirildiyindən tələbələrin bir çoxu bu imkandan istifadə etmək bacarığına malik deyil.
Ona görə də müəllimlər tələbələrə müəyyən qaydada güzəştə getməyə məcbur olurlar.
2020-2021-ci tədris ilində kafedralarda ümumilikdə dərs yükü 28 818 saat təşkil edir.
Ədəbiyyat və dillər kafedrası üzrə 8750 saat, Təbiət elmləri və onun tədrisi metodikası kafedrası üzrə 9729 saat, Pedaqoji və ictimai fənlər kafedrası üzrə isə illik dərs yükü 9383 saatdır.
“Microsoft Teams”Platforması üzərində fakültədə 6 ixtisas üzrə 36 qrup üçün elektron qruplar açılmış, vahid elektron dərs cədvəli və elektron jurnal yerləşdirilmiş, dərslər iki növbəli cədvəl üzrə təşkil edilmişdir. Dərslərin izlənilməsi və tələbələrin davamiyyətini nəzarətdə saxlamaq məqsədilə müəyyən şəxslər, o cümlədən tyutorlar müvafiq qruplara təhkim edilmişdir.
Pedaqoji fakültədə dərslər payız semestrində filialın akademik təqviminə uyğun olaraq tamamlanmış və imtahanların keçirilməsi üçün Elektron İmtahan Qərargahına müvafiq sənədlər təhfil verilmişdir.
Bütün əməkdaşlara və tələbələrə işlərində uğurlar arzulayıram.
Dekan: filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov.