Yüksək keyfiyyətin əl çatan ünvanı!

15.10.2024
Yüksək keyfiyyətin əl çatan ünvanı!

Millət Vəkili Əlibala Məhərrəmzadə: Pedaqoji Universitetin Quba filialı “Yüksək keyfiyyətin əl çatan ünvanı!”, – şüarı ilə çox şeyləri anladır

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfransın qarşıya qoyduğu bütün məsələlər aktuallığı ilə seçilir. Gələcəkdəki uğurlar bu konfransın yüksək peşəkarlıqla təşkilindən və zəngin gündəlikdə anlaşılır. “Yüksək keyfiyyətin əl çatan ünvanı!”, – şüarı ilə filial çox şeyi anladır.

Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının ev sahibliyi ilə keçirilən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda konfransın rəsmi açılışındakı çıxışında ifadə edib.

Konfransın qarşıya qoyduğu məqsədlərdən bəhs edən millət vəkili Azərbaycanın dilbər guşələrindən olan Qubanı fikir və təfəkkür mərkəzi adlandırmağın mümkünlüyünü ifadə edib.

Xatırladaq ki, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə iştirakçı nümayəndə heyətilə birlikdə ümummilli lider Heydər Əliyevin Qubadakı abidəsinin ziyarətində, Quba rayon İcra Hakimiyyətinin başçısı ilə konfrans nümayəndələrinin görüşündə, konfrans çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Bişkek Musiqi Pedaqoji İnstitutu (Qırğızıstan) arasında əməkdaşlığa dair memorandum imzalanmasında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun ADPU-nun Quba filialının kollektivi ilə keçirdiyi görüşdə, həmçinin filialda Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun adını daşıyan auditoriyanın açılışında və şəhid valideyinlərinin iştirakı ilə Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyasında təşkil olunan görüşdə də iştirak edib.

Millət vəkili, həmçinin konfrans iştirakçıları ilə bir çox prioritet mövzulara həsr olunmuş fikir mübadiləsi aparmış, bu sahədə bəzi qeyd və təkliflərini irəli sürmüşdür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?