ADPU-nun Quba filialında növbəti kitab bayramı yaşanıb

14.04.2023
ADPU-nun Quba filialında növbəti kitab bayramı yaşanıb

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına təqdim olunan kitablardan ibarət sərgi nümayiş olunub.

Filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən hazırlanan sərgidə nümayiş olunan kitablar diqqət çəkib. Sərgidə 60 adda 67 kitab nümayiş olunub ki, bütünlükdə kitablar Azərbaycan tarixinin qiymətli səhifələrini özündə əks etdirib.

Sərgidə çıxış edən filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən ADPU-nun Quba filialının kitabxanası üçün hədiyyə edilən kitablar tariximizə güzgü salan çox vacib və müasir kitablardır. Buna görə də direktor dosent Yusif Alıyev hörmətli professor Kərim Şükürova və Tarix İnstitutunun kollektivinə filialın müəllim və tələbə kollektivi adından dərin təşəkkür və minnətdarlığını ifadə edib.

Daha sonra filialın direktor müavini p.f.d. Aysel Şeydayeva, kafedra müdiri dosent Elnur Nəsirov, dekan müavini Nübar Bayramova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva çıxış edərək hədiyyə edilmiş yeni kitabların sayəsində tələbə və müəllimlərin müasir kitablara əlçatanlığının təmin olunacağını və bununla da kitabxanada oxucu sayının artacağını, artıq bunun bir ənənə halı aldığını qeyd edib, bu təşəbbüsə görə filial direktoruna da təşəkkür ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?