Adpu Qubada yeni ənənə

03.06.2024
Adpu Qubada yeni ənənə

Quba filialına gələn qonaqların əvvəlcə Şəhid adına olan auditoriyalarla tanış olması artıq ənənə halını alıb.

1 iyun tarixində dos.Yusif Alıyevin təşəbbüsü ilə filialda qonaq olan DGTYB təsisçisi, nasir, publisist, şair, AYB-nin və AJB-nin üzvüƏkbər Qoşalı, DGTYB sədri, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Şəhid Miqdad Abduləlimovun valideynləri Tünzalə Abduləlimova, Faiq Abduləlimov, Şəhid kapitan Aqil Məlikovun yoldaşı Günel Məlikova Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Miqdad Abduləlimov adına açılan auditoriyanı ziyarət edib. Şəhid valideynlərinə dos.Y.Alıyevin yenicə çapdan çıxan adlı “Gümüş və mis əsaslı xalkogenidlərdə quruluş faza keçidləri” mövzusunda monoqrafiyası hədiyyə edilib, dos.Y.Alıyev “müqəddəs ocaq adlandırdığım bu məkanda inanıram ki, bu kitab ilk hədiyyəm olaraq şəhidimizə aid olan kitabxananın simvolu kimi saxlanacaqdır” deyə qəhrəman şəhidimizin döyüş yolu haqqında xatirələri də yada salıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?