ƏBƏDİYAŞAR LİDER-HEYDƏR ƏLİYEV

12.12.2022
ƏBƏDİYAŞAR LİDER-HEYDƏR ƏLİYEV
ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin “Tarix, pedaqogika və sosial fənlər” kafedrasının müəllimi, Əməkdar mədəniyyət işçisi Elza xanım Orucovanın ümummilli lider Heydər Əliyevlə bağlı yazdığı məqaləni sizlərə təqdim edirik.
ƏBƏDİYAŞAR LİDER-HEYDƏR ƏLİYEV
“Nə qədər ki, Azərbaycan var, mən da varam.
Mən isə Azərbaycanda əbədi olacağam !
Heydər Əliyev
Tarixdə şəxsiyyətin rolu böyükdür. Elə bir şəxsiyyət ki, hər yüz ildən, min ildən bir dəfə öz ölkəsinin tarixinə fenomen kimi daxil olur, illər, əsrlər ötdükcə onun siyasi fəlsəfi va dövlətçilik təcrübəsi həmin xalqın taleyində ədəbi yaşayır.
Azərbaycan tarixində belə fenomen şəxsiyyət XX əsrin yarısı, XXI əsrin əvvəlci illərini tarixə yazmış, xalqın ümumilli lideri statusunu qazanmış va Azərbaycan xalqının simvoluna çevrilmiş Heydər Əlirza oğlu Əliyevdir.
Heydər Əliyev bütün mənalı həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr edən böyük vətəndaş olmuşdur. İstər sovet rejiminin hakim olduğu illərdə milli təhlükəsizlik orqanlarında çalışarkən, istər həmin dövrdə Azərbaycana rəhbərlik edərkən, istər nəhəng bir dövlətin əsas rəhbərlərindən biri olanda, istər Qorbaçovun ədalətsizliyi üzündən istefa verdikdə, istərsə də, müstəqil Azərbaycana rəhbərliyi öz üzərinə götürəndən sonra.
Heydar Əliyevin həyatının mübərizələrlə dolu olan mərhələlərini öyrəndikcə görürük ki, o həqiqətən böyük xarakterə malik, misilsiz bir dahi şəxsiyyət olmuşdur. Filosoflar belə şəxsiyyətlər haqqında deyiblər: “Böyük xarakterə malik bela insanlar öz əməkləri, fəaliyyətləri ilə böyük məqsədlərə çatır, obyektiv tələblərə uyğun ağıllı şəkildə əsəslandırılmış va sosial əhəmiyyətli ideaları əldə edir və başqaları üçün mayaka çevrilirlar.”
Ulu öndər Heydər Əliyevin ən ali məqsədli, böyük amalı heç şübhəsiz müstəqil, azad və firavan Azərbaycan dövlətini qorumaq olmuşdur. Bu məqsəd və amal bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlərə məcbur etmişdir. Bu gün şəxsiyyəti va fəaliyyəti dövlətimizin atributu, simvolu səviyyəsinə qalxmış Heydər Əliyevin irsi- vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq va bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri bütün vətəndaşlarımız üçün həyat məktəbidir.
Heydər Əliyevin 25 il dövlət təhlükəsizlik xidməti orqanlarında işləmiş, 34 ilə yaxın bir müddət isə Azərbaycana rəhbərlik etmişdir. Bu illərin hər ayı, hər günü, hər anı Azərbaycan dövlətinə, Azərbaycan xalqına sədaqətin bir nümunəsi olmuşdur.
1969-cu ilin iyulun 14-da SSRİ Dövlət Təhlükəsizlik xidmətinin 46 yaşlı generalı Heydər Əliyev Azərbaycanın lideri oldu. Postsovet məkanında, sosial-iqtisadi inkişaf tempinə göra “qardaş sovet respublikaları”nın sırasında sonuncu yerlərdən birini tutan Azərbaycanda nəailiyyətlərindən danışmaq çox çətin idi. Ölkənin istər neft sənayesində, istər kənd təsərrüfatında, istərsə digər sahələrdə ədalət hökm sürürdü.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa vaxtda hər şey kökündən dəyişməyə başladı. Respublikada sanki möcüzə baş verdi, Azərbaycan böyük bir tikinti meydanına çevrilmişdi. Harada geniş , miqyaslı işlər gedirdisə, respublikanın yeni rəhbərini orada görmək olardı. Hər şeyi nəzərdə saxlayır, problemləri öyrənir, göstərişlər verir və
bütün vacib məsələlərin həllində kömək edirdi.
13 ildə Azərbaycanda yüzlərlə müəssisə tikildi, maşınqayırma, ‘ neftqayırma, dəmiryol, kimya sənayesi və kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu.
Respublikamızın şəhər və qəsəbələrinin ,kəndlərinin siması sürətlə dəyişməyə başladı. Gələcək kadr hazırlığı strategiyası, ən əsas hərbi kadrların hazırlanması, hərbi məktəblərin açılması həyata keçirildi.
Heydər Əliyevin ciddi səyləri, mübarizəsi sayəsində Bakıda C.Naxçıvanski adına hərbi məktəb açıldı. Ən müxtəlif səviyyələrdə
təzyiq və təsirə baxmayaraq Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək İttifaq rəhbərliyindən bu işə razılıq almağa nail oldu.Həmin illər ulu öndər Azərbaycanın bütün bölgələrinin inkişafı üçün əlindən gələni əsirgəmədi.
Bu böyük minnətdarlıqla xatırlatmaq yerina düşər ki, məhz həmin illərda Azərbaycan KPMK-nin I katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Qubada intensiv bağçllığın inkişaf etdirilməsi ilə bağlı 3 mühüm elmi qərar qəbul edildi. Həmin qərarlara müvafıq olaraq Qubada 15 mın hektara yaxın meyvə bağları salındı ki, bu da hazırda rayonûn iqtisadiyyatının əsasını təşkil edir.
1993-cü ilda Azərbaycan dövlətçiliyi məhv olmaq həddinə yaxınlaşmışdl. Belə vaxtda xalq təkidlə ulu öndər Heydər Əliyevi yenidən hakimiyyatə dəvət etdi. Xalqının təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə Azərbaycan üçün vacib olan mühüm vəzifələrin – Azərbaycan dövlətinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanılması, dönməz və əbədi edilməsi, habelə demokratik dövlət quruculuğunun həyata keçirilməsi – vəzifələrinin həlli istiqamətind mühüm işlərə başladı.
Azərbaycanda vətəndaş müharibəsi alovlari söndürüldü. Başqaldırmaqda olan separatçllıq meyllərinin kökü kəsildi. Dövlət xanlıqlara bölünmak təhlükasindən xilas edildi. Müdrik rəhbərin gərgin əməyi, səriştəsi, böyük təşkilatlıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsinda hər an itirə bilmək təhlükəsində olan dövlət müstəqilliyimizin dönməz və əbədi xarakter olması təmin olundu.
Heydər Əliyevin zəngin idaraetmə təcrübəsi sayəsində nizami ordu quruculuğuna başlanıldı, 1994-cü ildən Ermənistanla atəşkəs haqqında saziş imzalandı.
Böhran va tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi bünövrəsini yaratmaq üçün Azərbaycanın yeni neft strategiyası formalaşdırıldı va 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı.
İqtisadiyyatın bazar münasibətləri prinsipləri əsasında inkişafı təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsinə va radikal aqrar islahatlara başlanıldı.
Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası təmin edildi. Azrbaycan bu sıra beynalxalq təşkilatların tam va bərabər huquqlu üzvü oldu.
Bir sözlə Heydər Əliyev tarix üçün çox qısa olan zaman kəsiyində özünün şah əsərini – demokratik, dünya dəyərlarinə tam uyğun olan müstəqil Azərbaycan dövlətini qurmağa nail oldu.
Əbədiyaşar liderin xilaskarllq missiyası müstəqil Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Çiçəklənən, müstqil Azərbaycan isə Heydər Əliyevin şah əsəri kimi qəbul edildi.
2003-cü ildə böyük dahinin qurduğu bu Azərbaycan tərəqqiyə və inkişafa istiqamət götürüb irəliləyirdi. Uzaqgörən şəxsiyyət isə insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına bələd idi.
O, Azərbaycanı gələcəyə apara biləcək lideri də müəyyənləşdirməli idi. Heydər Əliyev uzaq Klivlend şəhərindən doğma xalqına müraciət ünvanladı: “O, yüksək intelektiv, proqmatik, düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir…
İnaniram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz va dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram va gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Tarix bu əbədiyaşar şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun təsdiqi üçün elə də böyük vaxt lazim gəlmədi. Çünki, siyasi varis böyük şəxsiyyatin missiyasini davam etdirmək sirrini hamidan yaxşi öyrənnişdi, çox gözəl bilirdi.
Ulu öndər Heydər Əliyevin arzusunda olduğu an böyük vəzifə isə Azərbaycanin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu öndər demişdi: “Əyər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrəsini da, qarişını da heç kəsə verməyəcəyik”.
Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddir. Onun canindan artiq sevdiyi Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ torpaqlari işğaldan azad edilmiş, üçrəngli Azərbaycan bayraği Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayilda, Zəngəzurda, Laçinda -Bütün Qarabağda dalğalanir.
Xalqin torpaq həsrətinə son qoyulmuşdur. Zamaninda Ulu Öndər tərəfindən cənnətə çevrilən Qarabağın əbədi dirçəlişì, yüksəlişi başlanmiş, illər boyu vətən həsrətinda olan insanların öz əbədi torpaqlarına “Böyük Qayıdış”ına başlanmışdır.
Azərbaycan tarixi Qələbəsinin qəhrəmanları isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və xalqımızdır.
Ulu öndər Heydər Əliyevin ruhu şaddır, çünki siyasi varis İlham Əliyev onun bütün vəsiyyətlərini və arzularını Azərbaycan xalqının dəstəyi ili böyük fədakarliqla həyata keçirmişdir.
İlham Əliyev əbədiyaşar Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhu qarşisinda baş əymiş, Qarabağin-Şuşanin azad olunması, ata vəsiyyətini yerinə yetirməsi xəbərini, böyük Qələbəni Ulu Öndərə çatdırmışdır.
Əbədiyaşar liderin əsasını qoydugu çox sahəli va effektli islahatlar bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıllıqla, yeni dünyanin tələblərinə uyğun tərzda davam etdirilir. Dövlət başçımızla çiyin-çiyinə ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarını Azərbaycanın I Vitse Prezidenti Mehriban xanim Əliyeva da uğurla həyata keçirir. Dövlət başçisi va xanımı Heydər Əliyev dühasindan, onun müqayisəyə gəlməz siyasi və dövlətçilik təcrübəsindən qədərincə bəhrələnmək, xalqımızı inamla xoşbəxt gələcəyə doğru apąrır.
Sübhəsiz ki, Heydər Əliyevin Anım gününə həsr olunmuş bu yazıda bu siyasət nəhənginin gördüyü misilsiz xidmətları sadalamaq mümkün deyildir. Qeyd olunanlar dəryada bir damla kimidir.2023-cü il-Heydər Əliyev ilidir. Onun Azarbaycan xalqının milli sərvətimiz olan irsini xalqa, gənc nəslə şübhəsiz ki, dərindən çatdıracağıq.
12 dekabr 2003-cü ildə Ulu Öndər bir şəxs, bir vücud kimi cismani, fıziki cəhətdən öz xalqından ayrıldı. Ancaq xalqımız onun həyatı bahasına çox çətinliklərlə yaratdığı, qurduğu dövlətda yaşayır, fəaliyyət göstərir va öz işıqlı sabahına doğru inamla irəliləyir.
Heydər Əliyev isə özünün qeyd etdiyi kimi həmişə müstəqil Azərbaycanımızın əbədiyaşar lideri olaraq qalacaqdır.
Elza Orucova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba fılialının müəllimi, əməkdar mədəniyyət işçisi
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?