V Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi Konfransı keçiriləcək

V Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi Konfransı keçiriləcək

Təbii Fəlakətləri İdarə etmə Təşəbbüsləri və Uyğunlaşdırma Cəmiyyəti (Disaster Management Initiatives and Convergence Society) tədqiqatçıları 24-27 noyabr 2021-ci ildə Hindistanda keçiriləcək 5-ci Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi konfransına dəvət edir.

Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi Konfransı (WCDM) dünyadakı tədqiqatçı, siyasətçi və təcrübəçiləri təbii fəlakət riskinin idarə edilməsi məsələlərini müzakirə etmək məqsədilə vahid platformada toplayır. Konfransın missiyası riskləri müəyyənləşdirmək, onların azaldılması və fəlakətlərə qarşı dayanıqlılığın artırılması istiqamətində tədbirlərin görülməsi üçün elm, siyasət və təcrübələrin qarşılıqlı fəaliyyətini təşviq etməkdir. Tədbir BMT sistemi xaricində fəlakət idarəçiliyi mövzusunda ən böyük qlobal konfransdır.

Xülasələrin göndərilməsi üçün son tarix 31 mart 2021-ci il nəzərdə tutulub.

Qəbul edilmiş xülasələrin elanı üçün 30 aprel, tam mətnlərin göndərilməsi üçün isə son tarix 31 avqust 2021-ci ildir.

İştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ətraflı məlumatla link vasitəsilə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?