“Yaşıl dünya naminə həmrəylik beynəlxalq müstəvidə”adlı maarifləndirici tədbir

08.07.2024
“Yaşıl dünya naminə həmrəylik beynəlxalq müstəvidə”adlı maarifləndirici tədbir

Tədbirdə çıxışlar zamanı vurğulanıb ki, 11–24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

Tədbirdə filialın direktoru dos. Yusif Alıyev, Şahdağ Milli Parkının əməkdaşları Rəvayət Bekəli oğlu Nəzərov, Şahbala Zabit oğlu Salmanov, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Flora Rafik qızı Varisli, Sabir Ağaəli oğlu Qurbanov, filialın əməkdaşları, tələbələr iştirak edib, sonda Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində sual-cavab keçirilib, maraqlı təklif irəli sürən iştirakçılar mükafatlandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?