YAP Quba rayon təşkilatının yaradılmasının 28-ci il dönümü ilə əlaqədar keçirilən videkonfransda filialın iki əməkdaşı – Aygün Şıxbabayeva və Nəhayət Şirinova təltif edilib

YAP Quba rayon təşkilatının yaradılmasının 28-ci il dönümü ilə əlaqədar keçirilən  videkonfransda filialın iki əməkdaşı – Aygün Şıxbabayeva və Nəhayət Şirinova təltif edilib

Videkonfransa YAP Mərkəzi Aparatının Baş məsləhətçisi Rafael Gülməmmədov, Şura, İdarə Heyəti üzvləri, Qadınlar Şurası və Gənclər Birliyinin sədrləri və üzvləri, partiya fəalları qoşulmuşdur.
Videokonfransı YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açıq elan etdi. Partiyanın yaranması ilə əlaqədar videoçarx nümayiş etdirildi. Sonra Sədr, YAP Quba rayon təşkilatının bütün üzvlərini bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etdi, hər birinə möhkəm can sağlığı  və gələcək fəaliyyətinizdə yeni –yeni uğurlar arzuladı. Sədr qeyd etdi ki, təşkilatımızın bu ildönümü ərəfəsində tarixi yaddaşımıza  nəzər salsaq, Yeni  Azərbaycan Partiyasının ölkəmizin çətin və böhranlı dövründə, obyektiv zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan  irəli gəldiyini iftixar hissi ilə qeyd edə bilərik.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu YAP öz ali məqsədini dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması,ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olmuşdur.
Yeni Azərbaycan Partiyası artıq böyük uğurların müəllifidir. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu  Müstəqil Azərbaycana rəhbərlik edən ölkə Prezidenti İlham Əliyevun sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ətrafında  850 minə yaxın sağlam düşüncəli insan birləşir. 28 ildir ki,  Yeni Azərbaycan Partiyası  hakimiyyətdədir və ötən 28 ildə bütün sahələr üzrə inkişaf baş vermişdir.

         27 sentyabr 2020-ci il tarixdə başlanan  və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı qələbə xalqımızın Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevə olan inamın bariz nümünəsidir. Xalq onu dəstəkləyir, çünki Prezidentimiz son 17 il ərzində Azərbaycanı Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf etdirib və bu gün Azərbaycan güclü ölkəyə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

     Çıxış edən YAP Mərkəzi Aparatının Baş məsləhətçisi Rafael Gülməmmədov, YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva, Gənclər Birliyinin Əhməd Bəkirli, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının müəllimi Nəhayət Şirinova, Vladimirovka  İƏD üzrə nümayəndəsi Elçin Abasov, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının baş müəllimi Aygün Şixbabayeva partiyanın keçdiyi çətin və şərəfli yoldan,  27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı qələbədən danışdılar. Daha sonra bir  qrup partiya fəallarına partiyadakı səmərəli fəaliyyətinə görə fəxri fərmanlar təqdim olundu.
Təltif olunanlar sırasında filialın əməkdaşları Aygün Şıxbabayeva və Nəhayət Şirinova da olmuşdur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?