ADPU-nun Quba filialının təcrübədə olan tələbələrindən maraqlı layihə işi

10.04.2023
ADPU-nun Quba filialının təcrübədə olan tələbələrindən maraqlı layihə işi

ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili, AZD 1901 B qrup tələbələri İsrafilova Gülnur Etibar qızı və Həzərova Aynurə Ağası qızı maraqlı açıq dərs keçiblər.

Metodist müəllim filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Elza Babayevanın rəhbərliyi, fənn müəllimi Yaqut Mustafayevanın təşkilatçılığı ilə Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin IX sinfində keçirilən açıq dərs “Ədəbiyyatımızda və incəsənətimizdə ana obrazı” mövzusunda layihə işinə həsr edilib.

Qeyd edək ki, açıq dərsdə həm də Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin direktoru Dilbər Bağırova da iştirak edib.

Tələbələrin fəallığı, İKT imkanlarından və fəal təlim üsullarından istifadə edilməsi, yeni təlim standartlarının reallaşdırılması, qiymətləndirmə sisteminin səmərəli tətbiqi açıq dərsin keyfiyyətini daha da artırıb, bütövlükdə dərsi təcrübəçi tələbələrlə- gənc müəllimlərlə şagirdlərin təhsilin məqsədinə nail olmağa yönəlmiş birgə fəaliyyətinə çevirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?