![Uşaq hüquqlarının təşviqi istiqamətində universitet tələbələri üçün seminarlar davam edir.](https://adpuquba.edu.az/wp-content/uploads/2023/10/95613c29-8a2e-433e-a085-38647d5c060a-1024x680.jpg)
Üçüncü seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələrinə “Uşaq hüquqlarına və Uşaq Hüquqları Konvensiyasına (UHK) giriş – Milli və beynəlxalq səviyyədə uşaq hüquqlarının təşviqi üçün hüquqi çərçivələri anlamaq” mövzusunda 2 akademik saat həcmində seminar baş tutdu.
Mühazirəçi “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təlimçisi Ülvi Məmmədov tərəfindən keçirilən seminar zamanı UHK-nin əsas prinsipləri, uşaqların hüquqları və qorunması haqqında əhəmiyyətli məlumatlar paylaşıldı. Tələbələr uşaqların hüquqlarını və bu sahədə aparılan işi milli və beynəlxalq səviyyədə daha yaxından tanımaq imkanı əldə etdilər.
![](https://adpuquba.edu.az/wp-content/uploads/2023/10/00c9411a-2607-4b18-a615-9360436c4724-1024x680.jpg)
![](https://adpuquba.edu.az/wp-content/uploads/2023/10/4d9e5c09-23ac-4c9d-abb8-816e481c521e-1024x680.jpg)
![](https://adpuquba.edu.az/wp-content/uploads/2023/10/8c6f0da8-eaea-4fe5-a14c-44ad7e616c0d-1024x680.jpg)
![](https://adpuquba.edu.az/wp-content/uploads/2023/10/23c7fcfe-6237-4b2b-9e9d-663e4f75bb2d-1024x680.jpg)