ADPU Quba filialında Yekun Dövlət Attestasiya İmtahanı keçirilib.

25.06.2022
ADPU Quba filialında Yekun Dövlət Attestasiya İmtahanı keçirilib.
24 iyun 2022-ci il tarixində ADPU-nun Quba filialında Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə 39 nəfər, Məktəbəqədər təlim tərbiyə ixtisası üzrə 19 nəfər buraxılış tələbələri üçün Yekun Dövlət Attestasiya İmtahanı keçirilib. İmtahanda cəmi 58 tələbə iştirak edib. İmtahan nəzərdə tutulmuş vaxtda başlamış və uğurla yekunlaşmışdır.İmtahandan əvvəl filialın direktoru dos.Y.Alıyev tələbələrə uğurlar arzu edib, onların müvəffəqiyyət qazanmaları üçün bakalavr təhsili müddətində aldıqları bilik və bacarıqlara əsaslanmalarını vurğulayıb.
ADPU Quba filialında dövlət attestasiya komissiyasına ümumi sədr rəhbərlik edir. Ümumi sədr bütün
attestasiya işini təşkil edir, ixtisaslar üzrə buraxılış yekun dövlət attestasiya komissiyalarının
fəaliyyətini nəzarətdə saxlayır, dövlət attestasiya komissiyasının ümumi sədri, eyni zamanda,
sınaq komissiyalarından ixtisası üzrə birinə də sədr, eləcə də üzv seçilə bilər.
Dövlət attestasiya komissiyasının üzvləri ADPU-nun Tədris Departamenti və filialın Tədris şöbəsi ilə razılaşdırmaqla Filialın
elmi-pedaqoji heyətindən, müvafiq sahə üzrə nüfuzlu mütəxəssislərdən, eləcə də digər ali təhsil
müəssisələrinin aparıcı professor-müəllim heyətindən təşkil edilib.
İmtahan komissiyasında sədrlər, AƏM ixtisası üzrə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov (üzvlər: dos.Gülşən Ağabəy, baş müəllim Mələk Bağırova, f.ü. f.d.Vüqar Teymurxanlı, p.ü.f.d. Lalə Kərimova, tyutor Nigar Zeynalova ) və MTT ixtisası üzrə dosent Həmzə Qasımov (ps.ü.f.d.Yeganə Əskərova, Zərifə Qasımova, Vüsalə Kərimova, Mehriban Məmmədova, tyutor Xəyalə Qədiməliyeva) olub.
Bütün tələbələrimizə gələcək peşə fəaliyyətlərində uğurlar arzu edirik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?