Üçüncü seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələrinə “Uşaq hüquqlarına və Uşaq Hüquqları Konvensiyasına (UHK) giriş – Milli və beynəlxalq səviyyədə uşaq hüquqlarının təşviqi üçün hüquqi çərçivələri anlamaq” mövzusunda 2 akademik saat həcmində seminar baş tutdu.
Mühazirəçi “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təlimçisi Ülvi Məmmədov tərəfindən keçirilən seminar zamanı UHK-nin əsas prinsipləri, uşaqların hüquqları və qorunması haqqında əhəmiyyətli məlumatlar paylaşıldı. Tələbələr uşaqların hüquqlarını və bu sahədə aparılan işi milli və beynəlxalq səviyyədə daha yaxından tanımaq imkanı əldə etdilər.