“Ulu öndər: Azərbaycan tarixinin dahi siyasi lideridir”

14.07.2023
“Ulu öndər: Azərbaycan tarixinin dahi siyasi lideridir”

14 iyul Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin ildönümünə həsr edilmiş “Ulu öndər: Azərbaycan tarixinin dahi siyasi lideridir” mövzusunda tədbir keçirilib

Filialın direktor köməkçisi Mürvət Əliyevin moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,

Ulu öndərin Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının, 12 iyul Tovuz döyüşlərinin qəhrəmanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən video çarx nümayiş olunub, daha sonra Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev açılış nitqi ilə çıxış edib. ADPU – nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Y. İ. Alıyev Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı çıxış edərkən qeyd etdi ki, H. Əliyev siyasi dövlət xadimi kimi böyük məsuliyyət sahibi idi. Onun 1969-cu il 14 iyun tarixində Azərbaycana rəhbərlik etməyə başlaması tariximizdə xüsusi yer tutur. Rəhbərliyə gəlməsi ilə respublikanın sosial – iqtisadi problemlərinin aradan qaldırılmağa başlanması ilə ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Direktor çıxışında həm də Ulu öndər Heydər Əliyevin təhsil sahəsində apardığı islahatlardan da ətraflı bəhs etdi. Son olaraq qeyd edildi ki, ölkəmizin gələcək inkişafı yalnız hüquqi dövlət quruculuğundan keçir.

Daha sonra tədbirdə Tarix, pedaqogika və sosial elmlər kafedrasının tarix müəllimləri Novruz Kərimov, t.f.d. Təhminə Əliyeva ümummilli lider Heydər Əliyevin ideya-siyasi fəaliyyəti haqqında ətraflı məruzələrlə çıxış edib, vurğulayıblar ki, Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir. Onun adı və fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?