TƏBRİK EDİRİK !

08.07.2023
TƏBRİK EDİRİK !

7 iyun 2023-cü il tarixində ADPU-nun Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat və informatika kafedrasının müəllimi Səməd Çərkəsovun yazdığı kitabın müzakirəsi keçirilib.

Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat və informatika kafedrasının müəllimi Səməd Çərkəsovun yenicə işıq üzü görmüş “Riyaziyyat fənninin tədrisində fəal və intearktiv təlim metodlarından istifadə” adlı metodik vəsaitin təqdimatı və müzakirəsi Heydər Əliyev lektoriyasında baş tutub. Təqdimat zamanı filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev əməkdaşların uğurlarının filial üçün vacibliyini diqqətə çatdırıb, qeyd edib ki, hər bir əməkdaşın uğurunda rəhbər kimi olduqca maraqlıdır. Səməd Çərkəsovun təşəbbüsünü alqışladığını, metodik vəsaitin tələbə və müəllimlər üçün nəzərdə tutulduğunu bildirib. Bu münasibətlə Səməd Çərkəsovu səmimi qəlbdən təbrik edib, ona uğurlarının davamlı olmasını arzu edib.

Daha sonra direktor öz çıxışında bildirib ki, hazırda ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2022-2023 cı tədris ilində filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 2 dərslik, 4 proqram, 50-dən çox elmi və elmi metodiki məqalə və 20-ə yaxın konfrans tezisi hazırlanaraq nəşr etdirilmişdir. Filialın professor-müəllim heyəti, xüsusən də gənc tədqiqatçılar və tələbələr respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, müxtəlif layihələrdə müntəzəm iştirak edirlər. Direktor qeyd edib ki, filialın gənc ingilis dili müəllimi Sərxan Cəfərovun müəllifi olduğu “Təhsildə davamlı inkişaf modeli” Amerika alimlərinin diqqətini cəlb etmiş və onun məqaləsi WoS və SCOPUS elmmetrik bazasında indekslənən, 0.4 impakt faktor və Q4 kateqoriya göstəricili jurnalda nəşr olunmuşdur. Bu məqalə isə Azərbaycan təhsilinin həm sinergetik yanaşma, həm də inteqrativ istiqamət baxımından yeni yanaşmalardan biridir.

Direktor həmçinin qeyd etdi ki, bu gün həm də Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat və informatika kafedrasının laborantı, 18 ildən artıq müdətdə filialda nümunəvi formada çalışan Vəfa Bayramovanın da doğum günüdür. Bu münasibətlə onu da ürəkdən təbrik edib, Vəfa xanımın çalışdığı müddətdə öz xanım-xatınlığı, məsuliyyəti, insanlığı, zəhmətsevərliyi ilə rəhbərliyin və bütün əməkdaşların hörmətini, sevgisini qazandığını bildirib.

Daha sonra çıxış edən əməkdaşlar da həm Səməd müəllimin müəllifi olduğu metodik vəsaitin çap olunması münasibətilə, həm də Vəfa xanımın doğum günü münasibətikə hər iki səbəbkarı səmimi qəlbdən təbrik edib, onların kollektivdə qazandıqları hörmətin, sevginin əbədi olmasını və yeni nailiyyətlər qazanmalarını arzulayıblar. Sonda tədbirdə çıxış edən hər iki səbəbkar yaradılan şəraitə görə filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyevə öz təşəkkürlərini ifadə ediblər, vurğulanıb ki, Yusif Alıyevin uğurlu və strateji idarəetməsi sayəsində bu gün filialın əməkdaşlarının uğurları gündən-günə artır, kollektiv komanda ruhunda onun ətrafında sıx birləşərək yeni hədəflərə doğru gedirlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?