Tələbələr Kitab Mərkəzi ilə tanış olublar

02.12.2021
Tələbələr Kitab Mərkəzi ilə tanış olublar

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Kitabxana və elektron resurslar şöbəsinin, Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə filialın müəllimləri və “Riyaziyyat informatika müəllimliyi”, “Təhsildə sosial psixoloji xidmət” ixtisasının tələbələri, AzərKitab Kitab Mərkəzinin Quba Filialını ziyarət etmişdir. Ziyarət zamanı, Mərkəzin direktoru Xəyal Eyyubov, filialın müəllim və tələbələrinə Kitab Mərkəzinin fəaliyyəti, yaranması və hazırda Mərkəzdə olan kitablar haqqında ətraflı məlumat vermişdir. Gələcəkdə ADPU Quba və AzərKitab Quba arasındakı əməkdaşlıqla bağlı fikirlər söylənilmiş, müzakirələr aparılmış, ADPU Quba filialının direktoru dosent Y.Alıyevin də Mərkəzlə bağlı yeni layihələrin icrasında maraqlı olduğu diqqətə çatdırılmışdır.
Daha sonra tələbələr mərkəzlə tanış olmuş, həmçinin  Universitetin Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva və Kitabxana və elektron resusrlar şöbəsinin müdiri Samirə Hacıyeva, filialın TGT sədri Səyyad Nəcəfov ilə birlikdə yeni nəşrdən çıxmış bədii əsərlərin, klassik Azərbaycan ədəbiyyatı nümunələrinin, topluların istifadəsi ilə maraqlanmışlar.
Sonda xatirə şəkli çəkdirilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?