“Tələbə Bacarıqlarının Artırılması Məqsədi ilə İdeyanın Reallaşması” təlimi

20.02.2020
“Tələbə Bacarıqlarının Artırılması Məqsədi ilə İdeyanın Reallaşması” təlimi

Fevralın 20-də ADPU-nun Quba filialında tələbə gənclərə “Tələbə bacarıqlarının artırııması məqsədi ilə ideyanın reallaşması” adlı təlim keçirilib.

   Əvvəlcə filialın direktoru dosent Yusif Alıyev çıxış edib, cəmiyyətin mövcud olduğu dövrdən bu günə kimi baş vermiş Sənaye İnqilabları haqqında danışıb, dünyanın inkişaf etmiş ölkələrindəki insanların ideyalardan necə yararlandıqlarna dair faktlar deyib, gəncləri dövlətimizin onlar üçün yaratdığı şəraitdən faydalanmağa, yeni layihə və təkliflərlə ölkə tarixində iz buraxmağa, yararlı şəxsiyyət olmağa, özünütəkmilləşdirməyə səsləyib. Daha sonra layihə yazmaq üçün zəruri olan məqamları tamamilə fərqli və asan formada gənclərə çatdıraraq onlarda təlimə maraq oyadıb. Azərbaycanda layihələrin növlərindən ətraflı danışıb, məlumat verib. Bu işdə tələbə gənclərə faydalı ola biləcək təlimçilərin filiala tələbələrlə görüşə dəvət edəcəyini bildirib. Sonra təlimi filialın İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin müdiri, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Yusif Abayev aparıb. Yusif Abayev bildirib ki, təlimin əsas məqsədi  ideyası olub, pulu olmayan və bir ideya üzərində pul qazanmaq istəyən şəxsləri birləşdirmək və tələbənin biliklərini artırmaq və malik olduqları bacarıqlarını nümayiş etdirmək üçün imkanlar yaratmaqdlr.

Gəncləri cəmiyyətə adaptasiya etməklə özünü idarəetmə və sərbəst qərarvermə bacarıqları aşılamaqla dövlətin gənclərin inkişafı üçün nəzərədə tutulmuş əhəmiyyətli proqramlarda iştirakına həvəsləndirmənin əhəmiyyətini diqqətə çatdırıb.
    Təlimin vəzifələrinə də toxunan Yusif Abayev vurğulayıb ki, təlimlərin gənclərin inkişafı üçün formalaşdlrdığı bacarıqlar aşağıdakılardır.

Liderlik bacarığı -Təhsil aldığınız müddət ərzində digər tələbələrlə birlikdə
lider olmaq bacarıqlarını formalaşdırmaq.

Əməkdaşlıq mədəniyyəti – Komanda şəkilində birgə işləmək vərdişləri aşılamaq.
Düzgün Dəyərləndirmə – İşçi qrupun seçilməsi zamanı bacarıqlı insanların
layiq olduqlar yerdə yerləşdirmək.

Özünə və Başqalarına Qayğı – Siz gəlir qazandığınız halda istəmədən başqalarının da problemini həll etmiş olurunuz.

Daha sonra təlimdə maraqlı müddəalarla filialın THİK sədri Aygün Şıxbabayeva, DGTŞ sədri Elbrus Əhmədov, tələbə gənclər fikir bildiriblər.

  • Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?