Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən açıq dərs keçirilib

13.04.2023
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən açıq dərs keçirilib

ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının AZD 2202B qrupunda Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən açıq dərs keçirilib

Dərsi filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Mələk Bağırova müasir təlim metodları ilə təşkil edib.

Dərsdə Filialın Tədris şöbəsinin, Humanitar və sosial elmlər fakültəsinin dekanlığının, İKT və KTŞ əməkdaşları, ixtisasın tyutoru iştirak edib.

“İşgüzar kommunikasiya və insan xarakterləri” mövzusunda olan dərs zamanı tələbələr slaydlar əsasında apardıqları araşdırmalarla Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin, incəsənətin, psixologiya fənninin inteqrasiyasını yaratmış, Azərbaycan kinolarında seçilən fraqmentlərə əsasən insan xarakterləri, onlarla ünsiyyətin qurulması metodikasını göstərmişlər. Dərs müddətində müxtəlif rollu oyunlar, musiqilər ifa edilmiş, ümumilikdə dərsin inteqrativ və interaktiv formada keçirilməsi iştirakçılarda mövzuya qarşı böyük maraq oyatmış, tələbənin ətraf aləmi və özünüdərki düzgün əlaqələndirmə, müqayisə və nəticəçıxarmadan asılı olması qeyd olunmuşdur.

Qeyd edək ki, dərs Filialın Akt zalında keçirilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?