Koreya Respublikası 2021-2022-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edib. Bakalavriat, magistratura və doktorantura, eyni zamanda tədqiqat üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər cari ilin martın 5-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Proqram üçün kvota 6 nəfər müəyyənləşdirilib. Təhsil haqqı, dil kursu, yol, yataqxana, tibbi sığorta, tədqiqat xərcləri. Proqram tərəfindən qarşılanmaqla yanaşı, təhsilalanlar aylıq təqaüdlə də təmin olunurlar.
Müraciətçilərdən ingilis dili barədə sənəd (TOEFL/ IELTS/ TOPIK) tələb edilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
Əlaqə vasitələri: azeremb@mofa.go.kr / 994-12-596-7901, 994-12-596-7904