ADPU-nun Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən Keyfiyyət təminatının qiymətləndirilməsi üzrə Ekspert təliminin 1-ci, 2-ci və 3-cü modulunu müvəffəqiyyətlə başa vuraraq Sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, Pərvanə Rzayevaya Ekspert Sertifikatı TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov tərəfindən təqdim edilmişdir.
Pərvanə müəlliməni bu münasibətlə Filial rəhbərliyi və kollektiv adından təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.