Təbrik edirik, əziz və dəyərli REKTORUMUZ!

22.04.2022
Təbrik edirik, əziz və dəyərli REKTORUMUZ!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovu təhsil ictimaiyyəti bacarıqlı, novator, ziyalı bir şəxsiyyət kimi tanıyır. Bizlər, yəni ADPU ailəsinin üzvləri isə Cəfər müəllimin həm də necə ədalətli, qayğıkeş və səmimi rəhbər olduğunun şahidiyik. Bu səbəbdən də doğum gününü qeyd edən hörmətli rektorumuz haqqında fikirlərimizi sizlərlə bölüşmək istəyirəm. Cəfər müəllim, rektor olduğu müddətdə 3 dəfə filialda olub. Hər dəfə də böyüklüyünün arxasındakı səmimiyyəti ilə bizlərə işimizin dəyərini və hörmətini göstərməyi bacarıb, onun əsl rəhbər kimi bizlərə gpstərdiyi səmimiyyət sayəsində bu gün kollektivin işinə duyduğu sevgi və diqqəti artmışdır.
Dosent Yusif Alıyev – direktor:
Ətrafımızda rəhbər vəzifələrdə olan, işini məsuliyyətlə icra edən şəxslər çoxdur. Lakin onların hər biri mükəmməl rəhbər olsa da, lider ola bilmir. Niyə lider ola bilmir? Əslində istənilən şəxs lider ola bilməz, çünki liderə məxsus olan xüsusi keyfiyyətlər var: Ağıl, enerjilik, möhkəm iradə, təşkilatçılıq qabiliyyəti, səriştəlilik, qayğıkeşlik, məsuliyyətə cavabdehlik, uzaqgörənlik, natiqlik məharəti, nəzakətlilik, yumor hissi, zahiri görkəm və s. Bütün bu keyfiyyətlər isə hörmətli rektorumuz Cəfər Cəfərovun şəxsiyyətində öz əksini tapıb. Cəfər müəllim haqqında deyilməli xoş söz və təəssüratlar, əməkdaşlıqlar yetəri qədərdir. Lakin Cəfər müəllim həm də öz əməkdaşlarına doğru yol göstərən, kadrları gələcək inkişafı naminə qorumağı bacaran böyüyümüzdür. Bu səbəbdən də mən özüm də işimdə həmişə Cəfər müəllimin göstərdiyi etimadı doğrultmaq üçün var gücümlə çalışıram.
Cəfər müəllim, mən sizdən səbri, liderliyi, idarəetməni öyrənmişəm. Həmişə fəxr edirəm ki, həyat müəllimlərimdən biri də Sizsiniz. Cənab rektor, 100 yaşayın, hələ sizdən öyrəniləcək əhəmiyyətli təcrübələrmiz çoxdur.
T.f.d. İsmayıl Mahmudov – direktor müavini:
Professor Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində dünyaya göz açıb. Bu gün tarix elmləri doktoru professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tələbələrin və professor-müəllim heyyətinin sevimlisi Cəfər Cəfərovun 61 yaşı tamam olsa da hər bir kollektiv üzvü yaxşı dərk edir ki, Cəfər müəllim 100 illik təcrübəli rəhbərdir. Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edildiyi gündən ADPU müasir inkişaf yoluna qədəm qoyub. Azərbaycanın gələcəyi üçün savadlı, vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində Cəfər Cəfərov ADPU-da əsaslı islahatlar həyata keçirir. Cəfər müəllim hər zaman öz üzərində çalışır, öyrənir, və ən əsası insanları dinləyir. Bu səbəbdən də insanlar onu sevir və etimad göstərir. Səmimi-qəlbdən Cəfər müəllimi təbrik edir, ona kollektiv adından uzun ömür cansağllığı arzu edirik.
Aysel Şeydayeva- direktor müavini:
Yüksək səviyyəli savada və idarəetmə qabiliyyətinə malik olmaqla yanaşı çox yüksək insani keyfiyyətlərə sahib olan hörmətli professor Cəfər Cəfərova həm rektor kimi, həm də ziyalı kimi hörmət və etimadımız yüksəkdir.
Mən filialda çalışdığım müddətdə Cəfər Cəfərov filialda 3 dəfə işgüzar görüşdə iştirak edib.”Gələcəyin qurucuları -2″ liderlik məktəbinin iştirakçıları ilə görüş üçün 2019-cu ilin 4 avqust tarixində Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyevlə birlikdə Quba filialında olarkən Cəfər müəllimin gənclərə necə qayğı ilə yanaşması, onları dinləməsi, gənclərin ona güvəninin olması şəxsən mənim üçün təcrübə idi, gördüklərimi diqqətlə izlədim, özlüyümdə təhlil etdim, və rektorumuza hörmətimiz biraz daha artmış oldu.Görüşə bütün rəhbərlik nümayəndələri ilə gələrək gənclərin işinə dəstəyini nümayiş etdirən Cəfər müəllim tək-tək bütün tələbələri dinlədi,onların suallarını cavablandırdı, təbii ki, bu o demək idi ki, Cəfər müəllim təkcə Azərbaycanın gələcəyi üçün rəhbər kimi vəzifə səlahiyyətini daşımaqla bərabər, həm də vətəndaş kimi məsuliyyətini yerinə yetirir.
100 YAŞAYIN, CƏNAB REKTOR!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?