ADPU-nun Quba filialında tyutorlarının iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir.

13.09.2023
ADPU-nun Quba filialında tyutorlarının iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir.

ADPU-nun Quba filialının “Humanitar və sosial elmlər”, “Riyaziyyat və təbiət elmləri” fakültələrinin tyutorlarının iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı filialda 4 günü əhatə edən təlimlər keçirilir.

Bu təlimlərdə Filialın Keyfiyyətin təminatı şöbəsinin (KTŞ) mütəxəssisləri və fakültələrin tyutorları iştirak edir.

Təlimin başlanğıcında İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarov çıxış edərək ilk öncə yeni tədris ilinin başlanması münasibəti ilə hər bir əməkdaşı təbrik etdi. Qeyd edildi ki, tyutor tələbə ilə sıx əlaqə saxlamalıdır. Bugün müxtəlif tərəflərə yönələn tələbələr var onlara diqqət etmək vacibdir. Tələbələrlə nəinki, tədris sahəsində eyni zamanda, həyati istiqamətdə də ünsiyyət, danışıqlar aparmaq lazımdır.

11. 09. 2023-cü il tarixində keçirilən təlimin ilk günündə Tədris şöbəsinin müdiri M. Bağırova təlim keçdi. Qeyd etdi ki, tədris prosesində ən məsuliyyətli iş tyutorların üzərindədir. Tyutorlar Azərbaycan Respublikasının 2009-cu ildə təsdiq etdiyi “Təhsil qanunu” ilə işləyir. Eyni zamanda, təhsil proqramları ilə işləyirlər. Buna əsasən fənn silliabusları professor – müəllim heyətindən götürüldü. Keyfiyyətin təminatı şöbəsi tərəfindən yoxlamadan keçirildi. Daha sonra bildirildi ki, ADPU – nun təsdiq etdiyi 2020 – ci ildə Nazirlər Kabinetinin verdiyi qərarla cari ildən etibarən Yekun Dövlət Attestasiyası ləğv edilib. Pedaqoji internaturanın müddəti isə 6 həftəyə qədər uzadılıb.

12.09.2023-cü il tarixində təlimin ikinci günündə “Riyaziyyat və təbiət elmləri” fakültəsinin dekan müavini N. Bayramova çıxış edərək, Kredit sistemi ilə bağlı danışdı. Nazirlər Kabinetinin verdiyi 348 N-li qərardan danışaraq, ümumi müddəalardan, əsas anlayışlardan bəhs edildi.

Təqaüd məsələlərindən danışaraq qeyd edildi ki, bu barədə daha ətraflı şəkildə 1059; 1060 N-li qərarlarda bəhs olunur.

Qeyd edək ki, 2022-2023 və 2023-2024-cü tədris illərində ADPU – nun Quba filialına subbakalavr tələbə qəbulu başlayıb. Bununla bağlı olaraq, “Təhsil qanunun” da öz əksini tapmış bir çox məsələlərə də təlimdə yer verildi.

Bildirək ki, ADPU – nun Quba filialında bu təlimlər davam edir. Təlimin 3-cü günü tələbənin kredit sistemində yerləşdirilməsi ilə bağlı praktik məşğələ, 4-cü günü isə İKT şöbəsinin müdiri Y. Abayev tərəfindən tyutorların İKT bacarıqlarının təkmilləşdirilməsi üzrə aparılacaq.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?