“20 yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsidir”

22.01.2024
“20 yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsidir”

ADPU-nun Quba filialının əməkdaşı Seyid Cabbrovun “20 yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsidir” adlı məqaləsi Əlcəzairin  https://alharir.info/93911-2/ ,  İraqın https://www.agnaden.net/?p=27610 , Suriyanın https://eshbelia-news.com/?p=3731 ,  və ölkəmizdən 4 dildə nəşr olunan https://ednews.net/ar/news/authors/642061-20 , ərəb dilli xəbər portalında  nəşr olunmuşdur.

Məqalədə 1990-cı ilin 20 yanvar tarixində baş vermiş faciənin Azərbaycan xalqının yaddaşında “Qara yanvar” adı ilə hək olunduğu, bu kədərli eyni zamanda şərəfli tarixin 34-cü ilinin  Azərbaycan xalqı tərəfindən ümumxalq hüzün günü kimi xatırlandığı qeyd olunmuşdur.

Sovet İttifaqında baş verən iqtisadi böhran zəmnində ermənilərin ərazi iddiaları, erməni separatizminin baş qaldırmasının ictimai-siyasi vəziyyəti gərginləşdirdiyini və baş verənlər fonunda xalqımızn öz müstəqqiliyini qazanmasından söz açılmışdır.

Məqalədə vurğulanmişdır ki, ölkəmizdə milli- azadlıq hərakatının yenidən dirçəlməsi, Sovet İttifaqının rəhbərliyinə bəhanə vermişdir ki, xalqımıza qarşı ən sərt addımlar atsın. 19 yanvar 1990-cı ildə Bakı şəhərinə 30 minlik sovet hərbi birləşmələrindən ibarət ağır silahlarla təchiz edilmiş ordu yeridilmiş, nəticədə 150 nəfərdən artıq dinc insan qətlə yetirilmiş,700-dən artıq dinc sakin yaralanmış yaxud xəsarət almışdır. Yüzlərlə şəxs həbs edilmiş, 7 yaşlı oğlan uşağı və 16 yaşında yeniyetmə, 80 yaşında ahıl öldürülmüşdir. 

Qeyd olunmuşdur ki, bu təcavüz müdafiəsiz sivil vətəndaşlara qarşı törədilmiş ağır cinayət, ölkənin suverenliyinin kobud şəkildə pozulması, beynəlxalq hüquq və normaların, insan hüquqlarının ağır şəkildə pozulması idi.

Məqalədə vurğulanmışdır ki, Heydər Əliyev şəxsiyyətinin gücü, onun müdrikliyi bütün zamanlarda Azərbaycanı çətir kimi qoruduğunu sübut etmişdir. Ulu öndər Heydər Əliyev həmin vaxt bir müddət siyasi fəaliyyətdən kənarda olsa da Yanvar faciəsindən sonra xalqımızın haqq səsini  yenidən dünyaya çatdırmışdır. O Yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqına qarşı törədilmiş bu cinayətə etiraz etmiş, Sovet İttifaqı rəhbərliyinin törətdiyi bu qanlı əməli pisləmiş və günahkarların cəzalandırılmasını tələb etmişdir

Həmçinin məqalədə qeyd edilmişdir ki, baş vermiş vəhşiliklər xalqımızın güclənən istiqlal mübarizəsini boğa bilməmiş, əksinə öz dövlət suverenliyini bərpa etmək əzmini gücləndirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası  1991-ci ildən  öz müstəqilliyini bərpa edərək, beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilmişdir.

Vurğulanmışdır ki, 20 yanvar Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. Xalqımız müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edir, vətənin müdafiəsi yolunda canından keçən şəhidlərə dualar oxuyurlar.

Məqalə ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz.

https://ednews.net/ar/news/authors/642061-20

https://www.agnaden.net/?p=27610

https://eshbelia-news.com/?p=3731

https://alharir.info/93911-2/

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?