ADPU Quba filialında ənənəvi xarakter almış növbəti tədbir

11.05.2023
ADPU Quba filialında ənənəvi xarakter almış növbəti tədbir

Filialda ilk dəfə təsis olunan ” ADLI TƏQAÜDLƏR” lövhəsinin açılışı oldu. Məhz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində reallaşan tədbir Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla anılması ilə başladı.

Daha sonra açılış nitqi üçün söz ADPU-nun Quba filialının direktoru, fizika elmlər doktoru dosent Yusif Alıyevə verildi. Yusif müəllim müstəqil Azərbaycanımızın memarı Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında çıxış edərək, eyni zamanda adlı təqaüdlərin verilməsinin mahiyyəti və əhəmiyyəti barədə tələbələrə geniş məlumat verdi və stendin açılışını reallaşdırdı.

Filialda təsis olunan Adlı təqaüdlər bunlardır və 2022/2023-cü tədris ili üçün aşağıda adları qeyd edilən tələbələr bu təqaüdlərə layiq görülüb:

✔️HEYDƏR ƏLİYEV adına təqaüd.- İdrisova Aygün Elçin qızı – RİN 1801B, 100 A

✔️KÜBRA XANIM FƏRƏCOVA adına təqaüd. Osmanova Ləman TSPX 1901B, 97,5 A

✔️SƏMƏD VURĞUN adına təqaüd. Ağayeva Günay İldırım, AZD 1901B, 98, 433 A

✔️FƏTƏLİ XAN adına təqaüd. Abayeva Xatirə Qurban TCM 1801B, 97, 267 A

✔️ NADİR İBRAHİMOV adına təqaüd.

✔️BADİ SƏBA XANIM KÖÇƏRLİ adına təqaüd. Manafova Aytac Malik, İBT 1901B, 97, 400A

✔️ABBASQULU AĞA BAKIXANOV adına təqaüd- Süleymanova Rəqsanə Əziz, MQT 1901B, 96, 400 A

Gedişatda söz filialın tələbələrinə verildi.

Heydər Əliyev haqqında maraqlı əhvalatlar və məlumatlar tələbələrin dilindən dinlənildi.

Çıxış üçün söz Coğrafiya müəllimliyi İxtisasının 1 ci kurs tələbəsi Sultanov Çingizə verildi.

İstedadlı tələbəmiz özünün yazdığı şeri səsləndirdi.

Sonda isə söz “Riyaziyyat və təbiət elmləri fakültəsinin” dekan müavini Nubar Bayramovaya verildi. Nübar xanım da günün mahiyyəti haqqında çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs etdi.

Tədbirin sonunda adlı təqaüd alan tələbələrə filialın direktoru, dosent Yusif Alıyev tərəfindən sertifikatlar təqdim olundu və xatirə şəkili çəkildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?