Şəhid Nuran Mirzəyevin məzarı ziyarət edilib

29.07.2024
Şəhid Nuran Mirzəyevin məzarı ziyarət edilib

ADPU-nun Quba filialının əməkdaşları Şəhid Nuran Mirzəyevin məzarını ziyarət ediblər

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiram hər bir vətəndaşımızın mənəvi borcudur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının əməkdaşları Şəhid Nuran Mirzəyev məzarını doğum günündə ziyarət ediblər.

Xatırladaq ki, Vətən müharibəsindən sonra ADPU-nun Quba filialında bir auditoriyaya İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Mirzəyev Nuran Akif oğlunun adı verilib.

1999-cu il iyulun 27-də Quba rayonunun Dağlı kəndində anadan olan Nuran Mirzəyevin cənazəsi 21 oktyabr 2020-ci ildə rayonun Qımıl kəndində dəfn olunub.

ADPU-nun Quba filialının əməkdaşları daha sonra igid döyüşçünün adını daşıyan bulaq qarşısında toplaşıblar.

Şəhidimizin anası Təranə xanıma və atası Akif Mirzəyevə sonsuz hörmət və ehtiramlarını ifadə edən ziyarətçilər xalqımızın igid oğlunun keçdiyi şərəfli döyüş yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu ifadə ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?