ADPU-nun Quba filialında 16 may 2024 -cü il tarixində Riyaziyyat və təbiət elmləri fakültəsinin təşəbbüsü ilə “Riyaziyyat həyatın özüdür “adlı tədbir baş tutmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev “Hazırda riyaziyyatın tədrisi prosesi həyati fakt və nümunələrlə qurulur. Məktəblərdə şagirdlərdə riyaziyyat fənninə maraq və məhəbbət oyadılır, onlara müsbət motivasiya aşılanır və pedaqoji stimul yaradılır. Riyaziyyat ümumi təhsil müəssisələrində tədris olunan mühüm və vacib fənlərdən biridir. Qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində riyaziyyatın öyrənilməsinə xüsusi diqqət yetirilir. Beləki, şəxsiyyətin formalaşmasında riyaziyyatın müstəsna rolu vardır” deyə belə əhəmiyyətli mövzuya həsr edilmiş tədbiri təşkil etməkdə əməyi keçənlərə təşəkkür etdi.
Qeyd edək ki, tədbirin təşkili ilə Riyaziyyat və təbiət elmləri fakültəsi dekanı v.m.i.e Nübar Bayramova və RİN 2201-2202 B grup tələbələri xüsusi fəallıqla məşğul olmuşlar.
Tədbirin moderatorluğunu Riyaziyyat informatika ixtisasının II tədris ili tələbələri Röya Mafova və Rzayeva Kamilla həyata keçirmişdir. İlkin olaraq Rzayeva Kamilla riyaziyyatın həyatımızdakı rolu haqqında məlumat verdi, daha sonra isə Röya Manafova tərəfindən riyaziyyatın digər elmlər daxilindəki əhəmiyyəti mövzularına toxunuldu.
Tədbirdə keçmişdəki təhsil sistemi ilə müasir təhsil sisteminin müqaisə edilməsi məqsədi ilə tələbələr tərəfindən “Dəli Kür” filmindən qısa bir fraqment səhnələşdirildi, daha sonra isə tələbələrimiz imtahan prosesini əks etdirən səhnəcikləri ilə tədbirə rəng qatmağa davam etdilər. Fakültənin tələbələri məhşur riyaziyatçı və fizikləri də yaddan çıxartmamış və bu mövzuya aid yumoristik səhnəcik təşkil edilmişdi.
Növbəti çıxışlarında tələbələrimiz sevimli müəllimlərinə həsr etdikləri musiqini səsləndirdilər.
Daha sonra Riy.üzrə.elm.dok., dosent Qasımov Telman Benser oğlunun nitqi auditoriya tərəfindən dinlənildi və söz Riyaziyyat -informatika kafedrası müdüri v.m.i.e fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanova verildi və beləliklə çıxışların ardından tədbirin bədii hissəsi sona çatmış oldu.
Növbəti hissədə tədbir təşkilatçıları və fəal iştirakçılar direktor dos. Yusif Alıyev və qonaqlar tərəfindən fəxri fərmanlar ilə təltif olundular.
Qeyd edək ki, tədbirdə Express Təhsil Mərkəzi Qubanın direktoru, filialın professor-müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbir sonda xatirə şəkili ilə bağlı elan olundu.