ADPU-nun Quba Filialında dahi Azərbaycan şairi Səməd Vurğun yaradıcılığına həsr edilən “Sevgi aləmində” adlı tədbir keçirilib.

27.11.2019
ADPU-nun Quba Filialında dahi Azərbaycan şairi Səməd Vurğun yaradıcılığına həsr edilən “Sevgi aləmində” adlı tədbir keçirilib.

Noyabrın 29-da ADPU-nun Quba filialında Azərbaycanın görkəmli şairi Səməd Vurğunun yaradıcılığına həsr edilən “Sevgi aləmində” adlı tədbir keçirilib.

     Tədbiri filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Aytən Seyidova təşkil edib.Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, Azərbaycanın sevimli şairi Ramiz Qusarçaylı, filialın müəllim və tələbə kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy açıb, qonaqları salamlayıb, Səməd Vurğun yaradıcılığının möhtəşəmliyindən bəhs edib, sözü filialın direktoru dosent Yusif Alıyevə verib. Dosent Yusif Alıyev Səməd Vurğun yaradıcılığı və həyatı haqqında ətraflı danlşıb, müasir gəncliyin Səməd Vurğun yaradıcılığında sevdiyi motivlərdən, Səməd Vurğunun yaradıcılığında bəhs etdiyi Vətən və sevgi mövzularının bu gün də öz aktuallığını qorumasından danışıb.Bildirib ki, filialda təsis edilən adlı təqaüdlərdən birinin Səməd Vurğunun adı ilə adlandırılması da təsadüfi deyildir.Böyük şairə duyulan məhəbbət hissinin bariz təcəssümüdür.Dosent Yusif Alıyev həm də bildirir ki, bu gün tədbirdə əsərlərin səhnələşdirilməsi pedaqoji fəaliyyətə incəsənətin təzahürüdür.Daha sonra tədbirdə çıxış edən şair Ramiz Qusarçaylı da Səməd Vurğun yaradıcılığından danışıb, bu dahi şairin əsərlərindən ilhamlanaraq yaradılan əsərləri qeyd edib, şairin keçdiyi şərəfli ömür yolunu varaqlayıb, bildirib ki, tədbirin əsas üstünlüyü də ondadır ki, tələbələr səhnələri nəzm formasında əzbərləyiblər, belə bir ilkə imza atıblar.
Daha sonra tədbirdə filialın istedadlı tələbələri Fatimə Müslümova, Ülkər Sahibova, Gülsüm Bayramovanın ifasında Səməd Vurğunun “Ala gözlər”, “Mən tələsmirəm”, “Azərbaycan” şeirləri səsləndirilib. Daha sonra tədbirdə görkəmli şairin “Vaqif” pyesindən, “Aygün” poemasından səhnələr göstərilib, əsərlərinə bəstələnən musiqilər ifa edilib.Səhnələşdirmədə filialın “Azərbaycan dili və ədəbiytat müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Təhsiıdə sosial psixoloji” xidmət ixtisasının tələbələri: Aygün rolunda Fizzə Mehdiyeva, Vaqif-Əhməd Əliyev, Vidadi-Qənbər Abbasov, Tükəz_Fatimə Müslümova, Əmirxan-Mahir Məmmədsalahov, Ana-Rəmziyyə Abdurəhmanova, Əsgər rolunda isə Aytən Məmmədova iştirak edib. “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının tələbələri Qəhrəmanlı Rauf, Xəlilov Elxan, Qayıbov İsrafil, Məmmədov Murad sözləri Səməd Vurğuna aid musiqilər ifa edərək, tədbirə mən ovqat gətirdilər. Tədbirdə dahi şairə həsr edilən videoçarx nümayiş olunub, öz ifasında şeir səsləndirilib.
   Sonda şairin “Yadıma düşdü” şeirinə həsr edilən musiqi ifa edilib.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?