Quba rayonunda “Könüllülük Həftəsi” çərçivəsində “Təbiətimiz” adlı sosial aksiyada keçirilib.

04.12.2019
Quba rayonunda “Könüllülük Həftəsi” çərçivəsində “Təbiətimiz” adlı sosial aksiyada keçirilib.

“Təbiətimiz” adlı sosial aksiyada ADPU-nun Quba Filialının kollektivi də iştirak edib.

  1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və      Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan “Könüllülük Həftəsi” çərçivəsində Quba rayonunda keçirilən ətraf mühitin sağlamlaşdırılması, çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə “Təbiətimiz” sosial aksiyası keçirilib.Aksiya çərçivəsində ADPU-nun Quba filialının tələbə və müəllimləri də iştirak edib.Aksiyada filialın fəal tələbələri ilə yanaşı filialın Pedaqoji və ictimai fənlər kafedrasınln müəllimi, YURD Gənclərin İntellektual İnkişafına Dəstək İB sədri Ramin Mahmudov əməkdaşları Zaur Muradov, Nəhayət Şirinova, Pedaqoji və ictimai fənlər kafedraslnln baş müəllimi Kamil Adıgözəlov da olub.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?