ADPU Quba filialının direktoru və doktorantlar arasında diskussiya şəraitində görüş keçirilib

06.05.2021
ADPU Quba filialının direktoru və doktorantlar arasında diskussiya şəraitində görüş keçirilib

Bu gün ADPU Quba filialının akt zalında Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) iclası keçirilib. Karantin qaydalarına riayət olunmaqla həyata keçirilən iclas doktorantların işinin stimullaşdırılması, filialda motivasiyaedici əməkdaşlıq mühitinin qurulmasına həsr olunub və direktor Yusif Alıyevlə doktorantlar arasında diskussiya şəraitində baş tutub.

İclasda filialın direktoru Yusif Alıyev çıxış edərək bildirilib ki, şura üzvlərinin sevindirici xəbərləri gəlməkdədir, üzvlərdən biri Elnarə Axundova 23 aprel tarixində Riyaziyyat və Mexanika İnstitutunda dissertasiya işini müdafiə edib. Y. Alıyev həmçinin onlayn müdafiələrin keçirilməsi qaydalarından bəhs edib. Bildirib ki, müdafiə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyəti qurumlara məktub göndərilib. Doktorantların fəaliyyətinə dəstəyin vacibliyini vurğulayıb. Direktor qeyd edib ki, elmi işlərin səmərəliliyinin artırılması üçün fəaliyyət stimullaşdırılmalıdır. Çıxışda həmçinin filialda həyata keçirilən reytinq qiymətləndirilməsi nəticəsində əmək haqlarına əlavələrin edilməsi və digər stimullaşdırıcı tədbirlər sadalanıb. Müdafiə etmiş insanların əməyinin mükafatlandırılmasının zəruriliyi,  bunun sağlam rəqabətin formalaşdırılmasına xidmət etdiyi vurğulanıb. Büdcə-marketinq idarəetməsi, bu istiqamədə gələcək perspektivlər sadalanıb. Qeyd edilib ki, filiala 30 yeni ixtisasın yaradılması ilə bağlı təkliflər gəlib. Buna görə də əmək bazarının tələbləri nəzərə alınmalı, yeni ixtisasların yaradılması üzrə administrativ təşkilati işlər görülməlidir.

Direkor həmçinin “I dünya müharibəsi illərində ermənilərin törətdiyi kültürəl soyqırım” konfransındakı çıxışından bəhs edib. Bildirib ki, konfransdakı çıxışı diqət çəkib və konfransdan sonra Türkiyənin Qazi Universitetindən iki ali təhsil müəssisəsi arasında yəni sferanın açılması, əməkdaşlıq perspektivləri ilə bağlı zəngi qəbul edib. Direktor bildirib ki, istənilən əməkdaşlıqda karyera inkişafının təmin edilməsi və keyfiyyət qiymətləndirilməsi əsas prioritet kimi götürülməlidir.

Daha sonra DGTŞ-nın sədri Elbrus Əhmədov doktorantlara etimadına görə, Yusif Alıyevə təşəkkürünü bildirib və bir neçə təkliflə çıxış edib. İlk təklif isə 28 May Respublika günü ilə əlaqədar “Şuşa, biz qayıtdıq” adlı konfransın keçirilməsi ilə bağlı olub. Bundan əlavə, doktorantlar tərəfindən ayda minimum bir dəfə olmaqla,  seminarların təşkili, bu seminarların reytinq qiymətləndirilməsində nəzərə alınması və dissertasiya işində istifadəsi təklif edilib. Magistratura təhsili alan əməkdaşların doktoranturaya cəlbi məsələləri diqqətə çatdırılıb. Xarici ölkələrdən elmi rəhbərlərin təyin edilməsi, doktorantların şəxsi işlərinin toplanması, onların  birgə işlərdə iştirakı, qrant layihələrin təşkili məsələləri təklif kimi diqqətə çatdırılıb. E. Əhmədov həmçinin tələbələrin doktorantlar tərəfindən elmi tədqiqat işlərinə cəlbinin zəruriliyini söyləyib.

Daha sonra müxtəlif istiqamətlərdə dotorantların təklifləri dinlənilib.

Direktor son olaraq bildirib ki, dissertasiya işləri ilə bağlı istənilən mövzuda fikir mübadiləsi aparmağa hazırdır. Görüşün məqsədi isə təşkilatı işlərin sürətləndirilməsi, bu məqamların reytinq qiymətləndirilməsində nəzərə alınmasıdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?