“Quba İdman Paytaxtı 2024”

26.01.2024
“Quba İdman Paytaxtı 2024”

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 yanvar 2024-cü il tarixində ADPU Quba filialında “Quba İdman Paytaxtı 2024” ün təqdimatı ilə bağlı tədbir həyata keçirilmişdir .

Tədbirdə Quba filialının direktoru dos.Yusif Alıyev və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, həmçinin əməkdar məşqçi Telman Məhərrəmov, idmançılar, gənc könüllülər gənclərlə görüşüb, onların suallarını cavablandırıb. Tədbirdə həmçinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən Quba İdman Paytaxtı – 2024-saytının təqdimatı da keçirilib. Sonda sualların səsləndirilməsində fəallıq göstərən gənclər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin ödənişsiz üzgüçülük dərslərinə qoşulmaq şansı qazanıb.

Onu da qeyd edək ki, tədbirin keçirilməsində məqsəd tələbələrə Qubanın 2024-cü ilin İdman Paytaxtı seçilməsinin əhəmiyyəti ,həmçinin keçiriləcək tədbirlər haqqında məlumat xarakterli danışıqlar həyata keçirilməsi olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?