“Quba – İdman Paytaxtı 2024”- n açılış mərasimi olub.

“Quba – İdman Paytaxtı 2024”- n açılış mərasimi olub.

15 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba “ASAN xidmət” mərkəzinin qarşısında “Quba – İdman Paytaxtı 2024”-ün rəsmi açılış mərasimi keçirilmişdir.

Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Gənclər və İdman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, Gənclər və İdman naziri Fərid Qayıbovun, Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, həmçinin qonşu rayonların Olimpiya İdman Kompleksləri kollektivlərinin, YAP Quba rayon təşkilatı sədrinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, ictimai təşkilatların rəhbərləri və kollektivlərinin, rayonun idarə, müəssisə və təşkilatları rəhbərlərinin və əməkdaşlarınin, çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimində ilk olaraq çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks tədbirlərin həyata keçirilməsindən, gənclərin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmalarının önəmindən danışıb.

Gənclər və İdman naziri Fərid Qayıbov çıxışında idmançıların daim dövlətin qayğısını hiss etdiklərini diqqətə çatdırıb və bu qayğınin idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən nüfuzlu yarışlardan, idmançılarımızın beynəlxalq arenalarda təmsil olunmalarından və bir çox amillərdən hiss olunduğunu bildirib.

Çıxışlardan sonra “Quba – İdman Paytaxtı 2024”-ün “Fuji” adlı maskotu ictimaiyyətə təqdim olunub. Ardınca Gənclər və İdman naziri Fərid Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova təqdim edib.

Tədbirdə ADPU-nun Quba filialının rəhbərliyi, əməkdaşları və tələbə kollektivi iştirak edib.

Daha sonra basketbol, badminton, stolüstü tennis, alpaqut, sambo, taekvondo, cüdo, güləş, kikboksinq, boks, voleybol, futbol, şahmat, nərd, velosiped, kəndirdartma, kyokuşin, mas-reslinq və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir bədii hissə ilə davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?